ATL Academy ATL Academy
  • 477

ATL Academy

IT , Təhsil

Biznesin inkişafı üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin inkişafı üzrə menecer

  • Deadline 25 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Korporativ, dövlət və institusional sahələrdə biznesin inkişafı üzrə strategiyalar hazırlamaq və həyata keçirmək;
  • Təhsil və texnologiya sahəsində potensial tərəfdaşlar, sponsorlar, müştərilərlə əlaqələr yaratmaq, mövcud əlaqələri inkişaf etdirmək;
  • Sponsorlar, dövlət qurumları, QHT-lər və digər maraqlı tərəflər üçün layihələr planı hazırlamaq və həyata keçirmək;
  • B2B və B2G imkanları üzrə siyahı tərtib etmək və idarə etmək;
  • Müqavilə üzrə danışıqları tənzimləmək, təsdiq prosesini həyata keçirmək, uzunmüddətli əməkdaşlıqları təmin etmək;
  • Bazar araşdırması üzrə əldə olunan məlumatları, performans göstəricilərini və müştəri ehtiyaclarını təhlil edərək qərarları əsaslandırmaq;
  • Marketinq və akademik istiqamətlər üzrə komandalarla əməkdaşlıq edərək xidmətlərin bazar tələblərinə uyğunluğunu təmin etmək;
  • Bazar trendlərini izləmək və yeni biznes imkanlarını, xidmətlərini təklif etmək;

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Biznesin inkişafı və ya əlaqədar sahələr üzrə minimum 3 il müddətində iş təcrübəsinə sahib olmaq (təhsil və texnologiya sahəsində təcrübə üstünlükdür);
  • Sponsorlar, dövlət qurumları və donor layihələri ilə iş üzrə təcrübəsi üstünlükdür;
  • Azərbaycan və İngilis dilində sərbəst danışıq qabiliyyəti (Rus dili biliyi arzuolunandır);
  • Yüksək səviyyədə kommunikasiya bacarığı;
  • Məlumat əsaslı qərarvermə bacarığı – hesabatları təhlil edərək praktik tədbirlər planı hazırlamaq qabiliyyəti;
  • Nəticəyönümlü yanaşma və hədəflərə çatmaqda sübut olunmuş təcrübəyə sahib olmaq;
  • Yerli İT ekosistemi, əsas tərəfdaşlar və qlobal texnoloji təhsil trendləri haqqında ətraflı biliyə sahib olmaq;

Üstünlüklər:

  • Texnoloji təhsilin inkişafına töhfə verəcək missiyanın bir hissəsi olmaq;
  • Rəqabətədavamlı əmək haqqı və nəticəyə əsaslanan bonus sistemi;
  • Peşəkar karyeranızda sürətli yüksəliş imkanları;
  • Müasir, innovativ və komanda əsaslı iş mühiti;
  • ATL Akademiyanın təlim proqramlarında və İT üzrə tədbirlərdə iştirak imkanı;

Namizədliyinizin dəyərləndirilməsi məqsədi ilə müraciətinizi mövzü hissədində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.

  • Daily6
  • Weekly465
  • Monthly2211