ATS Food ATS Food
  • 923

Avtomatika üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomatika üzrə mütəxəssis

  • Deadline 2 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi: 

  • Avtomatlaşdırılmış istehsal prosesləri sahəsində istifadə olunan PLC-lər ilə iş qabiliyəti və təcrübəsinin olması;
  • PLC proqramlaşdırma dillərinin birində proqram yazma bacarığının olması;
  • Sənaye və istehsalda avtomatikada istifadə olunan xəbərləşmə protokolları və onların iş prinsipi haqqında anlayışa sahib olması;
  • İnvertorların iş prinsipini bilməsi və proqramlaşdırması, bir növ invertorun digəri ilə əvəz olunmasının həyata keçirilməsi;
  • Bütün növ sahə ölçmə sensorlarını tanıması və iş prinsipini bilməsi;
  • Nəzarət ölçü cihazlarının kolibrasiyasının edilməsi;
  • Paketləmə maşınları ilə iş praktikasının olması;
  • Qazanxana və kompressor sahəsində iş təcrübəsi, buxar qazanlarının iş prinsipini bilməsi, kompressorlarla işləmək bacarığı;
  • Pnevmatika sahəsində biliklərin olması, klapan silindir və s. pnevmatik qurğuların iş prinsipini bilməsi;
  • Elektrik cizgilərinin oxunması, motorların klassik idarəetmə sxemlərini bilməsi. 

Namizədə tələblər:

  • Analitik və məntiqi düşüncə;
  • Problemləri həll etmə bacarığı;
  • Elektrik təchizatı sxemləri üzrə bilik;
  • İdarə sxemlərini üzrə bilik;
  • Texniki təhlükəsizlik qaydaları üzrə bilik;
  • Tezlik çeviriciləri ilə təcrübə;
  • Montaj və demontaj qaydalarını üzrə bilik;
  • Alətlərdən istifadə qaydaları üzrə bilik;
  • Elektrotexnikanın nəzəri əsasları üzrə bilik;
  • Proqramlaşdırma texnikası ilə tanışlıq;
  • Plataların təmiri üsulları üzrə təcrübəsi olması arzuolunandır.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 1236 AZN Net
  • İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Rəsmi əmək haqqı
  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Avtomatika üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily49
  • Weekly608
  • Monthly1689