Vəzifə öhdəliyi:
- Avtomatlaşdırılmış istehsal prosesləri sahəsində istifadə olunan PLC-lər ilə iş qabiliyəti və təcrübəsinin olması;
- PLC proqramlaşdırma dillərinin birində proqram yazma bacarığının olması;
- Sənaye və istehsalda avtomatikada istifadə olunan xəbərləşmə protokolları və onların iş prinsipi haqqında anlayışa sahib olması;
- İnvertorların iş prinsipini bilməsi və proqramlaşdırması, bir növ invertorun digəri ilə əvəz olunmasının həyata keçirilməsi;
- Bütün növ sahə ölçmə sensorlarını tanıması və iş prinsipini bilməsi;
- Nəzarət ölçü cihazlarının kolibrasiyasının edilməsi;
- Paketləmə maşınları ilə iş praktikasının olması;
- Qazanxana və kompressor sahəsində iş təcrübəsi, buxar qazanlarının iş prinsipini bilməsi, kompressorlarla işləmək bacarığı;
- Pnevmatika sahəsində biliklərin olması, klapan silindir və s. pnevmatik qurğuların iş prinsipini bilməsi;
- Elektrik cizgilərinin oxunması, motorların klassik idarəetmə sxemlərini bilməsi.
Namizədə tələblər:
- Analitik və məntiqi düşüncə;
- Problemləri həll etmə bacarığı;
- Elektrik təchizatı sxemləri üzrə bilik;
- İdarə sxemlərini üzrə bilik;
- Texniki təhlükəsizlik qaydaları üzrə bilik;
- Tezlik çeviriciləri ilə təcrübə;
- Montaj və demontaj qaydalarını üzrə bilik;
- Alətlərdən istifadə qaydaları üzrə bilik;
- Elektrotexnikanın nəzəri əsasları üzrə bilik;
- Proqramlaşdırma texnikası ilə tanışlıq;
- Plataların təmiri üsulları üzrə təcrübəsi olması arzuolunandır.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 1236 AZN Net
- İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Rəsmi əmək haqqı
- Nahar ilə təmin edilmə
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Avtomatika üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.