ATS Food ATS Food
  • 177

Baş aşpaz

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş aşpaz

  • Deadline 10 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi: 

  • Menyu planlamasını həyata keçirmək və yeniliklər təklif etmək.
  • Yeməklərin texnoloji xəritəyə uyğun hazırlanmasını təmin etmək,
  • Məhsulların keyfiyyətli və vaxtında sifarişi və onların düzgün saxlanılmasına nəzarət etmək.
  • Aşpaz və köməkçi heyətin işini təşkil və koordinasiya etmək.
  • Təmizlik, sanitariya və təhlükəsizlik qaydalarının yerinə yetirilməsini təmin etmək.
  • Tullantıların düzgün idarə olunması və gigiyenik standartlara uyğun işlənməsi.
  • Qida israfının və keyfiyyətsiz məhsul istifadəsinin qarşısını almaq.
  • Yeni yeməklərin hazırlanması üzrə təkliflər vermək və kulinariya innovasiyalarını tətbiq etmək.
  • Qida məhsullarının normativ sərfinə və itkisiz istifadəsini təmin etmək.
  • Keyfiyyət və dad baxımından təqdim olunan yeməklərin standartlara uyğunluğunu təmin etmək.
  • Qida məhsullarının düzgün saxlanma şəraitinə və müddətinə nəzarət etmək.
  • Qida xərclərinin nəzarətdə saxlanılması, büdcə çərçivəsində işləmək və səmərəli maliyyə idarəçiliyinin təşkili.
  • Mətbəx avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək, texniki nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün şəkildə yerinə yetirilməsi

Namizədə tələblər:

  • Təhsil:Müvafiq sahə üzrə peşə təhsili
  • Müvafiq sahəs üzrə 3 il təcrübə
  • Dil biliyi: Azərbaycan dili (əla)
  • Beynəlxalq və milli mətbəxi peşəkar səviyyədə bilməli

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş aşpaz” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily12
  • Weekly608
  • Monthly1156