İş yeri: Sumqayıt şəhəri
Əsas vəzifə məqsədi:
FMCG sektorunda fəaliyyət göstərən, istehsalat və satış zəncirini inteqrasiya etmiş şirkətimiz davamlı böyümə strategiyası çərçivəsində Hesabatlılıq, Büdcə və Maliyyə Analizi şöbə müdiri vəzifəsinə təcrübəli, güclü biznes yönümlü düşünmə tərzli və strateji baxışlı lider axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını və təhlilini təşkil etmək
- Büdcə planlaşdırılması və proqnozlaşdırma proseslərinə rəhbərlik etmək
- Təqdimat üçün maliyyə analitik hesabat paketləri hazırlanması
- “Ssenari” və “What if” analizləri ilə biznes qərarlarının dəstəklənməsi
- Biznes vahidləri (istehsal, satış, marketing, logistika və s.) üzrə maliyyə planlarının formalaşdırılması, büdcə disiplinin qorunub saxlanmasına nəzarət, faktiki nəticələrin büdcə və forecast ilə müqayisəli təhlilini aparmaq
- Məhsul (SKU), satış kanalı və müştəri seqmenti üzrə gəlirlilik analizlərini aparmaq, COGS, Gross margin, Contribution margin, EBITDA kimi əsas göstəricilərin təhlilini həyata keçirmək
- Biznes strukturları ilə sıx əməkdaşlıq etmək, qiymət strategiyası, kampaniyalar və satış təşəbbüsləri üzrə maliyyə dəstəyi vermək
- Xərclərin struktur analizini aparmaq və optimallaşdırma imkanlarını müəyyən etmək, istehsal xərcləri, itkilər, geri qaytarmalar və stok dövriyyəsini analiz etmək, “Cost-saving” təşəbbüslərini hazırlamaq və icrasını izləmək
- Hesabatlılıq proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsini həyata keçirmək, Excel və BI alətləri vasitəsilə dashboard və analitik alətlərin qurulmasını təmin etmək
- Tabeliyində olan komandanın və proseslərin effektiv idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi və komandanın peşəkar inkişafını təmin etmək
Namizədə tələblər:
- Maliyyə, İqtisadiyyat, Biznes və ya əlaqəli sahədə ali təhsil
- Minimum 6-8 il təcrübə (ən azı 3 il rəhbər vəzifədə)
- FMCG / istehsal sektorunda güclü təcrübə
- FP&A, maliyyə modelləşdirmə və biznes analizi üzrə biliklər
- ACCA, CIMA, CFA üzrə sertifikatlar üstünlüktür
- Güçlü Excel, Power BI bilikləri
- ERP sistemləri ilə iş təcrübəsi
- İngilis dili – işgüzar səviyyədə
- Biznes yönümlü düşünmə tərzi və strateji baxış
- Yüksək təqdimat bacarığı
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)
Üstünlüklərimiz:
- Nahar təminatı
- Servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
- Amortizasiya xərci
- Yanacaq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Büdcə, Hesabatlılıq və ERP Şöbə Müdiri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.