Vəzifə öhdəliyi:
- Elektrik avadanlıqlarının (xəmiryoğurma maşınları, soba, konveyerlər, soyuducu sistemlər və s.) fasiləsiz və təhlükəsiz işləməsini təmin etməli;
- Zavodun ümumi enerji təchizatına (transformator, şitlər, kabel xətləri və s.) texniki nəzarət həyata keçirməli və 10 kv bölmədə əməliyyat apara bilməli;
- Elektrik avadanlıqlarının dövri baxış və profilaktik təmir planlarını hazırlamalı və onların icrasına nəzarət etməli;
- Ehtiyyat hissələrin müəyyən edilməsi və sifarişlərin izlənməsin həyata keçirməli;
- Elektriklə işləyən qurğuların qəzasız və qənaətli işləməsi üçün texniki tədbirlər görməli, nasazlıqları vaxtında aşkarlamalı və aradan qaldırılmasını təmin etməli;
- Yeni elektrik avadanlığı quraşdırılması zamanı texniki nəzarət və qəbul işlərinin aparılmasın etməli;
- Elektrik enerjisinin sərfiyyatına nəzarət etməli, qənaət rejimini təşkil etməli və itkilərin qarşısını almaq üçün tədbirlər planı hazırlamalı;
- İşçilərin elektrik təhlükəsizliyi üzrə təlimatlandırılmasında iştirak etməli;
- Enerji və texniki hesabatların hazırlanmasında və rəhbərliyə təqdim olunmasında iştirak etməli;
- Elektriklə işləyən avadanlıqlar üzrə texniki sənədlərin, pasportların və istismar təlimatlarının saxlanmasını və yenilənməsini təmin etməli.
Namizədə tələblər:
- Ali təhsil: Texniki sahə üzrə
- İş təcrübəsi: Min.3 il
- Dil bilikləri: Azərbaycan (əla), rus dili (orta)
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
İş şəraiti:
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)
- İş yeri: Şəmkir şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Elektromexanika üzrə mühəndis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.