İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri
- Proqram təminatının işləyişi zamanı məlumat təhlükəsizliyi prinsiplərinə riayət olunmasını təmin etmək;
- ERP sorğularını həll etmək, lazım olan hallarda sorğunu birbaşa rəhbərə yönəldirmək;
- Proqrama ilkin xidmət göstərmək və kiçik qüsurların aradan qaldırılmasını təmin etmək;
- Öz fəaliyyəti ilə bağlı müntəzəm olaraq rəhbərinə hesabatlar təqdim etmək;
- Yeni işə başlayan əməkdaşlara mövcud ERP proqram təminatında istifadəçi adı açmaq;
- Proqram təminatı üzərində icazələrin düzgün bölüşdürülməsinə nəzarət etmək;
- Departament rəhbərinin şöbənin işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirmək;
- Planşet üzərindən işləyən əməkdaşların proqramdan düzgün istifadəsini təşkil etmək;
- ERP proqram təminatı məsələləri ilə əlaqədar daxil olan mailləri araşdırmaq və cavablandırmaq;
- Gündəlik daxil olan təsdiqlənmiş cari kartların aktiv edilməsi;
- Gündəlik daxil olan stok kartlarının aktiv edilməsi
- ERP Proqram təminatı (UYUMSOFT) ilə bağlı problemlərin aradan qaldırılmasında şirkət əməkdaşlarına köməklik göstərmək;
- Bölmələr arası proqram təminatı üzərində məlumat gizliliyini təmin etmək;
- Bölmələr arası məlumatların sürətli ötürülməsi və davamlılığını təmin etmək;
- İşdən çıxan əməkdaşın proqram təminatına olan giriş icazələrinin ləğv olunması.
Tələblər:
- İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
- ERP sahəsində minimum 1 il iş təcrübəsi;
- ERP sistemləri və biznes prosesləri üzrə nəzəri və praktiki biliklər;
- Məlumat bazalarının (Database) strukturu va SQL bilikləri arzuolunandır;
- Maliyyə və Mühasibatlıq üzrə biliklər;
- Microsoft Word, Exel və Outlook-la işləmə bacarığı;
- Azərbaycan dili (səlis), İngilis (texniki səviyyədə - sənədlərlə işləmək və ümumi anlayış səviyyəsində) və Türk dili bilikləri;
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunur
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “ERP üzrə kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.