ERP üzrə Şöbə Müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ERP üzrə Şöbə Müdiri

  • Истекает 19 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəlikləri

  • ERP sisteminin gündəlik fəaliyyətinə nəzarət etmək, sistem performansını izləmək
  • Biznes bölmələri ilə sıx əməkdaşlıq edərək ERP sisteminin biznes ehtiyaclarına uyğun inkişafını təmin etmək
  • ERP sistemində “data governance” çərçivəsini qorumaq və master data keyfiyyətinə nəzarət, ERP imkanları ilə data təhlükəsizliyini təmin etmək və əməliyyat risklərini minimuma endirmək
  • Manual proseslərin minimuma endirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması üzrə təşəbbüslər həyata keçirmək
  • Şirkətin rəqəmsal transformasiya təşəbbüslərində aktiv iştirak etmək və ERP sistemlərinin bu istiqamətdə inkişafını və layihə idarə etməsini təmin etmək
  • BI alətləri (Power BI və s.) ilə inteqrasiyanı təmin etmək, hesabatların avtomatlaşdırılmasına dəstək olmaq
  • ERP istifadəçiləri üçün təlim proqramları hazırlamaq və həyata keçirmək
  • ERP komandasının işini təşkil etmək və prioritetləri müəyyənləşdirmək, komandanın peşəkar inkişafını və performansını idarə etmək
  • Şöbə əməkdaşlarının iş bölgüsünün və işin icrasını düzgün qurmaq
  • İnformasiya texnologiyaları və proqram təminatı ilə bağlı beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər vermək
  • Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək.

Namizədə tələblər:

  • İnformasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil
  • Minimum 5 il ERP sahəsində təcrübə (ən azı 2-3 il rəhbər vəzifədə)
  • ERP sistemləri üzrə dərin biliklər
  • İstehsal və ya FMCG sektorunda ERP təcrübəsi üstünlükdür
  • Biznes proseslərdə (maliyyə, tədarük zənciri, istehsalat, kommersiya) texniki və analitik baxış təcrübəsi
  • Layihə idarəetmə bacarıqları
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti
  • İngilis dili – yaxşı səviyyədə

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)

Üstünlüklərimiz:

  • Nahar təminatı
  • Servis təminatı
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti
  • Amortizasiya xərci
  • Yanacaq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “ERP üzrə Şöbə Müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily0
  • Weekly475
  • Monthly1605