İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Kateqoriya üzrə satış, marketinq və maliyyə göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;
- Yeni məhsulların hazırlanması, bazara çıxarılması və inkişafı prosesini idarə etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri və qiymət siyasətini izləmək;
- Kateqoriya üzrə marketinq və qiymət strategiyalarının hazırlanmasına dəstək vermək;
- Satış komandası və digər şöbələrlə koordinasiyalı işləyərək kateqoriyanın inkişafını təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və digər əlaqəli sahə üzrə );
- Sahə üzrə minimum 5 il iş təcrübəsi (FMCG və ya spesifik olaraq un məmulatları kateqoriyasında təcrübə üstünlükdür);
- Microsoft Exel, Word, Power Point-də sərbəst işləmə bacarığı;
- Azərbaycan dili (əla);
- Sürücülük vəsiqəsi.
İş şəraiti
- İş Qrafiki: 5 günlük qrafik
- İş saatları: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Kateqoriya meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.