ATS Food ATS Food
  • 466
ATS Food

ATS Food

Food Products

Maliyyə Nəzarəti üzrə aparıcı mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə Nəzarəti üzrə aparıcı mütəxəssis

  • Истекает 16 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə məqsədi:

  • Şirkətdə maliyyə intizamının, büdcə nəzarətinin və xərclərin effektiv idarə olunmasının təmin edilməsi, maliyyə risklərinin vaxtında aşkarlanması və rəhbərliyə analitik qərar dəstəyi göstərilməsi.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün xərc və alış əməliyyatları üzrə təsdiq prosesi və sonradan maliyyə nəzarəti mexanizmlərinin icrası;
  • Büdcədən kənar və ya riskli əməliyyatların müəyyən edilməsi, eskalasiyası və düzəliş tədbirlərinin təklif edilməsi;
  • Büdcə və faktiki xərclər üzrə kənarlaşmaların səbəblərinin təhlili və nəzarəti;
  • Qeyri-standart, yüksək məbləğli və riskli əməliyyatlar üzrə əlavə maliyyə nəzarətinin həyata keçirilməsi;
  • Xərclər üzrə analitik hesabatların, dashboard-ların və idarəetmə üçün icmal məlumatların hazırlanması;
  • Daxili nəzarət mexanizmlərinə və maliyyə prosedurlarına (daxili nəzarət qaydaları, təsdiq səlahiyyətləri matrisi) riayət olunmasına nəzarət edilməsi;
  • Satınalma, Mühasibatlıq, Büdcələmə və digər biznes bölmələri ilə sıx əməkdaşlıq;
  • ERP sistemlərində maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət;
  • Audit tapıntılarının aradan qaldırılması üzrə tədbirlərin izlənməsi;
  • Maliyyə risklərinin və səmərəsiz xərclərin azaldılması üzrə təkliflərin hazırlanması;
  • Maliyyə nəzarəti nəticələri üzrə rəhbərliyə analitik rəy və icmal hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil;
  • Maliyyə nəzarəti, Büdcə, Hesabatlılıq, Xərc nəzarəti və ya Audit sahəsində minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri - Azərbaycan (əla), rus dili (orta), ingilis dili (orta)
  • ERP sistemləri ilə praktiki iş təcrübəsi;
  • MS Excel üzrə yüksək səviyyədə bilik (pivot, power query, advanced formulas);
  • Maliyyə hesabatlarını oxumaq, təhlil etmək və menecment üçün sadələşdirilmiş formada təqdim etmək bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və riskləri öncədən dəyərləndirmə qabiliyyəti;
  • Güclü ünsiyyət və biznes bölmələri ilə effektiv əməkdaşlıq bacarığı;
  • ACCA, CIMA, CPA kimi beynəlxalq sertifikatlar üstünlükdür.
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Yüksək etik davranış və məxfilik prinsiplərinə sadiqlik;
  • Prioritetləri düzgün müəyyən etmə bacarığı;
  • Proaktivlik və proseslərin təkmilləşdirilməsinə təşəbbüs göstərmək istəyi.

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

İş şəraiti

  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)
  • İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi sığorta
  • Servis ilə təmin edilmə
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
  • Qərarvermə proseslərində real iştirak

Tələblərə cavab verən namizədlər öz CV-lərini Maliyyə Nəzarəti üzrə aparıcı mütəxəssis başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər

  • Daily23
  • Weekly334
  • Monthly1513