ATS Food ATS Food
  • 352

Marketinq mütəxəssisi 1

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq mütəxəssisi 1

  • Deadline 2 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəlikləri:

  • Satış hesablarını Excel proqramında izləmək və müntəzəm hesabat hazırlamaq.
  • Marketinq və digər departamentlər arasında sənədləşmə işlərini və əlaqədar prosesləri idarə etmək.
  • Yeni məhsulların yaradılması və inkişafı prosesində aktiv iştirak etmək.
  • Xarici layihələrin icrasında dəstək olmaq və əlaqədar tapşırıqları yerinə yetirmək.
  • İxrac (export) prosesinə dəstək vermək və zəruri koordinasiyanı təmin etmək.

Namizədə tələblər:

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Marketinq və reklam sahəsində ən az 1 il iş təcrübəsi
  • MS Office proqramlarında (xüsusilə Excel, Word və Power Point) yüksək səviyyədə işləmə bacarığı
  • Rəqəmsal reklam platformaları ilə praktik iş təcrübəsi
  • Azərbaycan, rus və ingilis dillərini bilmək mütləqdir
  • Analitik düşüncə və strateji baxış
  • Güclü kommunikasiya və təqdimat bacarığı
  • Komandada və müstəqil işləmək bacarığı
  • Planlama və vaxtın düzgün idarə edilməsi
  • Məsuliyyətlilik və nəticə yönümlülük 
  • Kreativlik və təşəbbüskarlıq

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin olunma
  • Könüllü tibbi sığorta
  • Servis ilə təmin olunma
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Marketinq mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily89
  • Weekly226
  • Monthly229