ATS Food ATS Food
  • 1.2K

Mühəndis-mexanik

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-mexanik

  • Deadline 24 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi: 

  • İstesal sahəsinin avadanlıqların daima işlək vəziyətdə saxlaması üçün təmir işlərin təşkil etmək;
  • Təmir-baxım planlarının, “check-list”-lərin hazırlanmasını həyata keçirmək;
  • Yağlanma mövqelərinin müəyyən olunaraq kontrolda saxlanılması;
  • Hər gün görüləcək işləri mexaniklərə tapşırmaq və gün ərzində icrasına nəzərət etmək;
  • Sexlərin rəhbərliyi ilə birlikdə avadanlıqların aylıq Planlı Təmir qrafikini tərtib edib Baş Mexanikə təqdim etmək; 
  • Avadanlıqların təmiri üçün lazım olan ehtiyat hissələrin müəyənləşdirib sifarişə vermək və ehtiyat hissələrin hazırlığını təşkil etmək;
  • Mərkəzi anbardan təmirə lazım olan mal-materialın tələbini açıb alınmasını və gətirilməsini təşkil etmək;
  • İstifadə olunan mal-materialların Uyum ERP proqramında silgisin aparmaq;
  • Təsdiqlənmiş qrafikə əsasən avadanlıqları vaxtında saxlamasını, təmirin keyfiyyətli aparılmasını, təmirdən sonra yazılı surətdə istehsala təhvil verilməsini təşkil etmək;
  • Daima təmir işlərin təkminləşdirilməsi üçün təkliflərin verilməsi;
  • Nizam-intizam qaydalarına riyayət etmək və tabeliyində olan işçilərdən tələb etmək;
  • Baş Mexanik və rəhbərlik tərəfindən verilmış tapşırıqları vaxtı-vaxtında icra olunmasını təmin etmək;
  • İstehsal avadanlıqlarının təkminləşməsi və yenilənməsi üçün təklifləri Baş Mexanikə təqdim etmək;
  • Avadanlıqların texniki pasportları ilə tanış olmaq, ehtiyat hissələrini pasporta uyğun seçib sifarişə vermək; 
  • Autocad proqramında işləməyi bacarmaq, verilən cizgiləri və layihələri oxumağı bacarmaq və icrasını təmin etmək;
  • Baş Mexanik işdə olmayan zaman onun vəzifə səlahiyyətlərini icra etmək.

Namizədə tələblər:

  • Ali təhsil: Texniki sahə üzrə (Mexanika mühəndisliyi üzrə olması üstünlükdür)
  • İş təcrübəsi: Sahə üzrə minimum 3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis dili (orta), rus dili bilməsi əlavə üstünlükdür .
  • Kompyuter bilikləri:  MS Office proqramları üzrə biliklər

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq (Ştat cədvəli aralığında)

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mühəndis-mexanik” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər

  • Günlük0
  • Həftəlik0
  • Aylıq1395