İş yeri: Şəmkir şəhəri
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin gündəlik təmir və digər işlərinin təşkili;
- Şöbə əməkdaşlarının işlərinə nəzarət edilməsi;
- Müştərilərə və anbarlar arası yük daşımalarının vaxtı-vaxtında çatdırılmasının təşkili;
- Kənar servislərə təmirə göndərilən nəqliyyat vasitələrinin təmir prosesi ilə bağlı mütəmadi əlaqə saxlanılması;
- Şöbəyə məxsus sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
- Bölgələrdə olan nəqliyyat vasitələrinin təmir prosesinin və çıxan çatışmazlıqların aradan qaldırılmasının təşkili;
- DYP-ilə əlaqəli sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
- Şöbəyə aid sifarişlərin yoxlanılıb araşdırıldıqdan sonra təsdiq və ya sifarişin ləğv prosesinin icra edilməsi;
- Təmir sahəsinə və ustaların işinə nəzarət edilməsi;
- Aylıq nəqliyyat vasitələri üzrə təmir planlarının tərtib olunması;
- Aylıq nəqliyyat vasitələrinin yanacaqlarının istifadəsinə nəzarət (normativə uyğun yanacaq silinmələri);
- Yeni işə cəlb olunan şöbə əməkdaşları ilə söhbət etmək və vəzifə təlimatlarının onlara izah edilməsi;
- Sürücülərin məzuniyyət ardıcıllığının təşkilinə nəzarət edilməsi;
- Sığorta məsələləri ilə əlaqədar bütün proseslərə nəzarət edilməsi;
- Tabeliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
- İşin təhlükəsiz təşkil edilməsinə nəzarət edilməsi;
- İş prosesi ilə bağlı məlumatları mütəmadi birbaşa rəhbərliyə bildirilməsi və hesabatların tərtib edilməsi.
Namizədə tələblər:
- Logistika, nəqliyyat, iqtisadiyyat, menecment və ya digər müvafiq sahələr üzrə ali təhsil
- Nəqliyyat və ya logistika sahəsində 2-5 il iş təcrübəsi
- Rəhbər vəzifədə iş təcrübəsinin olması arzuolunandır
- Azərbaycan dilində səlis nitq və yazı
- Ezamiyyətə açıq olmalıdır
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)
Üstünlüklərimiz:
- Nahar
- Yanacaq limiti
- Amortizasiya xərci
- Könüllü tibbi sığorta
- Telefon danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Nəqliyyat bölmə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.