Nəqliyyat bölmə müdiri (Şəmkir şəhəri)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nəqliyyat bölmə müdiri (Şəmkir şəhəri)

  • Истекает 6 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Şəmkir şəhəri

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin gündəlik təmir və digər işlərinin təşkili;
  • Şöbə əməkdaşlarının işlərinə nəzarət edilməsi;
  • Müştərilərə və anbarlar arası yük daşımalarının vaxtı-vaxtında çatdırılmasının təşkili;
  • Kənar servislərə təmirə göndərilən nəqliyyat vasitələrinin təmir prosesi ilə bağlı mütəmadi əlaqə saxlanılması;
  • Şöbəyə məxsus sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
  • Bölgələrdə olan nəqliyyat vasitələrinin  təmir prosesinin və çıxan çatışmazlıqların aradan qaldırılmasının təşkili;
  • DYP-ilə əlaqəli sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
  • Şöbəyə aid sifarişlərin yoxlanılıb araşdırıldıqdan sonra  təsdiq və ya sifarişin ləğv prosesinin icra edilməsi;
  • Təmir sahəsinə və ustaların işinə nəzarət edilməsi;
  • Aylıq nəqliyyat vasitələri üzrə təmir planlarının tərtib olunması;
  • Aylıq nəqliyyat vasitələrinin yanacaqlarının istifadəsinə nəzarət (normativə uyğun yanacaq silinmələri);
  • Yeni işə cəlb olunan şöbə əməkdaşları ilə söhbət etmək və vəzifə təlimatlarının onlara izah edilməsi;
  • Sürücülərin məzuniyyət ardıcıllığının təşkilinə nəzarət edilməsi;
  • Sığorta məsələləri ilə əlaqədar bütün proseslərə nəzarət edilməsi;
  • Tabeliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
  • İşin təhlükəsiz təşkil edilməsinə nəzarət edilməsi;
  • İş prosesi ilə  bağlı məlumatları mütəmadi birbaşa rəhbərliyə bildirilməsi və hesabatların tərtib edilməsi. 

Namizədə tələblər:

  • Logistika, nəqliyyat, iqtisadiyyat, menecment və ya digər müvafiq sahələr üzrə ali təhsil
  • Nəqliyyat və ya logistika sahəsində 2-5 il iş təcrübəsi
  • Rəhbər vəzifədə iş təcrübəsinin olması arzuolunandır
  • Azərbaycan dilində səlis nitq və yazı
  • Ezamiyyətə açıq olmalıdır

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)

Üstünlüklərimiz:

  • Nahar
  • Yanacaq limiti
  • Amortizasiya xərci
  • Könüllü tibbi sığorta
  • Telefon danışıq limiti

 Tələblərə cavab verən namizədlər öz CV-lərini Nəqliyyat bölmə müdiri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily8
  • Weekly30
  • Monthly601