ATS Food ATS Food
  • 1.4K

Satınalma üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə aparıcı mütəxəssis

  • Deadline 15 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi: 

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması;
  • Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  • Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
  • Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək; 
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;  
  • Müqavilələrin hazırlanmasının təşkili,  müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.

 Namizədə aid tələblər:

  • Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi);
  • Satınalma sahəsində ən azı 3 il iş təcrübəsi 
  • Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)  
  • Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi 
  • 1 C, ERP sistemlərdə işləmək bacarığı, Satınalma sahəsi üzrə sertifikatlar üstünlükdür. 

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: 1300-1500 AZN Net

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Rəsmi əmək haqqı
  • Nahar ilə təmin edilmə
  • Servis təminatı
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satınalma üzrə aparıcı mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər

  • Daily103
  • Weekly325
  • Monthly353