ATS Food ATS Food
  • 623

SƏTƏM mütəxəssisi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM mütəxəssisi

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi:

  • İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
  • Yeni işə qəbul olanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmasının proqramını hazırlamaq və təlimat keçmək;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin icrasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su  nasosu və quyularının saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq;
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;
  • Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək;
  • Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək;
  • Təhlükə potensiallı işlərin icrası zamanı “Fövqəladə Hal Planı” işləyib hazırlamaq;
  • Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq;
  • İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
  • Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirmək;
  • İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;
  • SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.

 Namizədə aid tələblər:

  • Ali təhsil (Texniki sahə üzrə)
  • İstehsalat müəssisəsində ən azı 1 il təcrübə mütləqdir
  • Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta) 
  • Microsoft Office proqramı üzrə biliklər
  • Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı

Qeyd: FHN şəhadətnaməsi olması mütləqdir (Əgər ali təhsili Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrədirsə şəhadətnamə mütləq deyil).

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 900-1000 AZN
  • İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz:

  • Rəsmi əmək haqqı
  • Nahar ilə təmin edilmə
  • Servis təminatı
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363