ATS Food ATS Food
ATS Food

ATS Food

Food Products

Tədarük zənciri departament direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tədarük zənciri departament direktoru

  • Deadline 22 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi:

  • Şirkətin strateji hədəflərinə uyğun olaraq tədarük zənciri idarəetmə strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Departamentə daxil olan bütün struktur bölmələrin fəaliyyətini koordinasiya və idarə etmək;
  • Təchizat, anbar, nəqliyyat, planlama və beynəlxalq logistika proseslərinin fasiləsiz, effektiv və optimallaşdırılmış şəkildə həyata keçirilməsini təmin etmək;
  • Satınalma və təchizat planlarının hazırlanmasına və icrasına nəzarət etmək;
  • Tələb proqnozlarının hazırlanmasını, satış və ehtiyat planlamasının düzgün qurulmasını təmin etmək;
  • İstehsal, satış və təchizat planlarının qarşılıqlı uyğunlaşdırılmasını və planlama proseslərinin koordinasiyasını həyata keçirmək;
  • Planlama şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, qısa və uzunmüddətli planların hazırlanmasına nəzarət etmək;
  • Ehtiyac planlaması və stok dövriyyəsinin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;
  • Yerli və beynəlxalq daşınmaların vaxtında və təhlükəsiz icrasını təmin etmək;
  • Anbar ehtiyatlarının düzgün idarə olunmasına, inventar dəqiqliyinə və stok səviyyələrinin optimallaşdırılmasına nəzarət etmək;
  • Təchizatçılar, daşıyıcı şirkətlər və logistika tərəfdaşları ilə əməkdaşlıq münasibətlərini idarə etmək;
  • Gömrük, idxal-ixrac və beynəlxalq logistika əməliyyatlarının qanunvericiliyə uyğun təşkilini təmin etmək;
  • Tədarük zəncirində yaranan riskləri müəyyən etmək və qabaqlayıcı tədbirlər həyata keçirmək;
  • Əməliyyat xərclərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təşəbbüslər hazırlamaq;
  • KPI və performans göstəricilərini müəyyən etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək;
  • Departament əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq və komanda idarəçiliyini həyata keçirmək;
  • Şirkətin digər struktur bölmələri ilə koordinasiyalı işin təşkilini təmin etmək;
  • Tədarük bazarında qiymət dəyişiklikləri, yeni təchizat imkanları və logistika tendensiyalarını davamlı izləmək;
  • Planlama sistemləri üzrə məlumatların düzgünlüyünə və effektiv istifadəsinə nəzarət etmək;
  • Şirkətin xidmət səviyyəsini və əməliyyat davamlılığını təmin etmək məqsədilə planlama və tədarük zənciri üzrə davamlı təkmilləşdirmə layihələri həyata keçirmək.

Tələblər:

  • Ali təhsil (Logistika, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil); 
  • Tədarük zənciri, logistika, satınalma və anbar idarəetməsi sahəsində minimum 7–10 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Nəqliyyat, təchizat, anbar və beynəlxalq logistika prosesləri üzrə geniş praktik biliklər;
  • ERP, SAP, WMS, TMS və digər logistika idarəetmə sistemləri ilə iş təcrübəsi;
  • İdxal-ixrac əməliyyatları, gömrük prosedurları və beynəlxalq daşınma qaydaları üzrə biliklər; 
  • Strateji planlama, proses idarəetməsi və optimallaşdırma bacarığı; 
  • Büdcə, xərc idarəetməsi və maliyyə təhlili üzrə biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; 
  • Dil bilikləri: Azərbaycan dili (əla), ingilis dili və rus dili (arzuolunandır)

İş qrafiki:

  • 5 günlük qrafik  
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir

Üstünlüklərimiz: 

  • Nahar 
  • Könüllü tibbi sığorta
  • Amortizasiya xərci
  • Yanacaq limiti
  • Korporativ nömrə və telefon danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Tədarük zənciri departament direktoru” başlığı ilə Müraciət et düyməsind əqeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily10
  • Weekly645
  • Monthly2030