İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Şirkətin strateji hədəflərinə uyğun olaraq tədarük zənciri idarəetmə strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Departamentə daxil olan bütün struktur bölmələrin fəaliyyətini koordinasiya və idarə etmək;
- Təchizat, anbar, nəqliyyat, planlama və beynəlxalq logistika proseslərinin fasiləsiz, effektiv və optimallaşdırılmış şəkildə həyata keçirilməsini təmin etmək;
- Satınalma və təchizat planlarının hazırlanmasına və icrasına nəzarət etmək;
- Tələb proqnozlarının hazırlanmasını, satış və ehtiyat planlamasının düzgün qurulmasını təmin etmək;
- İstehsal, satış və təchizat planlarının qarşılıqlı uyğunlaşdırılmasını və planlama proseslərinin koordinasiyasını həyata keçirmək;
- Planlama şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, qısa və uzunmüddətli planların hazırlanmasına nəzarət etmək;
- Ehtiyac planlaması və stok dövriyyəsinin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;
- Yerli və beynəlxalq daşınmaların vaxtında və təhlükəsiz icrasını təmin etmək;
- Anbar ehtiyatlarının düzgün idarə olunmasına, inventar dəqiqliyinə və stok səviyyələrinin optimallaşdırılmasına nəzarət etmək;
- Təchizatçılar, daşıyıcı şirkətlər və logistika tərəfdaşları ilə əməkdaşlıq münasibətlərini idarə etmək;
- Gömrük, idxal-ixrac və beynəlxalq logistika əməliyyatlarının qanunvericiliyə uyğun təşkilini təmin etmək;
- Tədarük zəncirində yaranan riskləri müəyyən etmək və qabaqlayıcı tədbirlər həyata keçirmək;
- Əməliyyat xərclərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təşəbbüslər hazırlamaq;
- KPI və performans göstəricilərini müəyyən etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək;
- Departament əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq və komanda idarəçiliyini həyata keçirmək;
- Şirkətin digər struktur bölmələri ilə koordinasiyalı işin təşkilini təmin etmək;
- Tədarük bazarında qiymət dəyişiklikləri, yeni təchizat imkanları və logistika tendensiyalarını davamlı izləmək;
- Planlama sistemləri üzrə məlumatların düzgünlüyünə və effektiv istifadəsinə nəzarət etmək;
- Şirkətin xidmət səviyyəsini və əməliyyat davamlılığını təmin etmək məqsədilə planlama və tədarük zənciri üzrə davamlı təkmilləşdirmə layihələri həyata keçirmək.
Tələblər:
- Ali təhsil (Logistika, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil);
- Tədarük zənciri, logistika, satınalma və anbar idarəetməsi sahəsində minimum 7–10 il iş təcrübəsi;
- Rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
- Nəqliyyat, təchizat, anbar və beynəlxalq logistika prosesləri üzrə geniş praktik biliklər;
- ERP, SAP, WMS, TMS və digər logistika idarəetmə sistemləri ilə iş təcrübəsi;
- İdxal-ixrac əməliyyatları, gömrük prosedurları və beynəlxalq daşınma qaydaları üzrə biliklər;
- Strateji planlama, proses idarəetməsi və optimallaşdırma bacarığı;
- Büdcə, xərc idarəetməsi və maliyyə təhlili üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (əla), ingilis dili və rus dili (arzuolunandır)
İş qrafiki:
- 5 günlük qrafik
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
- Nahar
- Könüllü tibbi sığorta
- Amortizasiya xərci
- Yanacaq limiti
- Korporativ nömrə və telefon danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Tədarük zənciri departament direktoru” başlığı ilə Müraciət et düyməsind əqeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.