ATS Food ATS Food
  • 859
ATS Food

ATS Food

Food Products

Texnoloq

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texnoloq

  • Deadline 15 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri:  Sumqayıt şəhəri / Şəmkir şəhəri         

Vəzifə öhdəlikləri: 

  • İstehsal olunan məhsulların texnoloji ardıcıllığının təyin edilməsi;
  • İstehsalın xətt imkanlarını nəzərə alaraq, yeni çeşid məhsullar üzərində test nümunələri aparmaq;
  • İstehsal xəttlərinin, saatlıq istehsal gücünü hesablamaq;
  • Yaranmış problemlə bağlı və ya ediləcək ciddi dəyişikliklərlə bağlı baş texnoloqla məsləhətləşmək;
  • Məhsulların resepturasının yazılması və ediləcək dəyşiklikləri resepturalarda qeyd etmək;
  • İstehsalına başlanılacaq məhsulun yarımfabrikat və hazır məhsul laborator analiz nəticələri daxili normaya uyğun təyin edilərək sənədləşdirmək;
  • Texnoloji reqlamentlərin daxili normaya, istinad sənədlərə (AZS  TŞ, QOST) əsasən tərtib edilməsi
  • Yeni çeşid məhsulların və ya dəyişiklik olunan məhsulların texnoloji prosesini hazırlamaq, istehsalda tətbiq etmək, 
  • Yeni çeşidlərin istehsalı ilə xammal və maya (Çovdar və ABA acıtması) hazırlayanları, un ötürmə operatorlarını, xəmir yoğuranları, soba operatorlarını məhsulun istehsal texnologiyası ilə bağlı təlimatlandırmaq
  • İstifadə olunan xammalların keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq;
  • Qeyd olunan məmulatların istehsalında istifadə olunan un növlərini, un siloları üzrə istifadəsini və resepturaya uyğun miqdarda çəkilməsini nəzarətdə saxlamaq;
  • Havanın və istehsalatın temperaturunu (yay və qış) nəzərə alaraq, xəmirlərin çeşidlər üzrə yoğurulmasında istifadə olunan suyun temperaturunu təyin etmək;
  • Unun analiz nəticələrinə və fəsilə uyğun olaraq xəmirlərin çeşidlər üzrə yoğurulma intensivliyini təyin etmək; 
  • Yarımfabrikat və hazır məhsulların laborator analiz nəticələrini (nəmlik, turşuluq, məsaməlik və rəf ömrü) təyin olunmuş daxili normaları nəzarətdə saxlamaq;
  • Yarımfabrikatda yaranmış hər hansı bir problemlə bağlı araşdırma aparmaq, məlumatlandırmaq və istifadəsi yararlıdırsa, çeşidlər üzrə istifadəsini təyin etmək;
  • İstehsal olunan məhsullarla bağlı müştəri narazılığı olarsa, səbəbləri araşdırmaq, təkrar baş verməməsi üçün lazımi tapşırıqlar vermək və müvafiq tərəfləri məlumatlandırmaq;
  • Bəzi çeşidlərin istehsal texnologiyasında, istehsala əlverişli, surətli iş prosesi əldə etmək  və məhsulların maya dəyərinin keyfiyyətini qorumaq şərti ilə minimumda saxlamaq üçün davamlı olaraq sınaqlar aparmaq;
  • Yeni çeşid test nümunələrinin təyin olunmuş şöbələr üzrə dequstasiyası keçirtmək;
  • Marketinq və ya satış şöbəsindən təklif olunan yeni məhsullar üzərində xətt imkanlarına uyğun test nümunələri aparmaq, onları təqdim etmək və nəticəyə uyğun qərar vermək;
  • Sifariş verilən əlavə xammallar üzərindən, həmin məhsulun sənədindəki göstərilmiş normaya uyğun test nümunələri vermək və əldə  olunan nəticələrlə bağlı hesabat vermək;
  • Hər günün başlanğıcında və ya sonunda laborator analizlərin nəticələrini şəbəkə qovluğundan izləyib günlük nəticələr çıxarmaq;
  • Zay məhsul istehsalının səbəblərini təhlil etmək;
  • Rəqib firmaların məhsulları üzərində müşahidələr aparıb, əldə olunan nəticələr üzərində işləmək;
  • Sirkə məhlulunun hazırlanmasına və istifadəsinə nəzarət prosesində iştirak;
  • İnvert şirəsinin, süni bal, ballı kökə məhsulunun içliyi və  şokolad örtüyünün hazırlanma prosesində iştirak;
  • Təbii yetişdirilmiş acıtmaların (çovdar unu və buğda unu acıtması)  resepturaya əsasən dozalanması və sərfiyyatı prosesinə nəzarət; 
  • Yeni məhsulların texnoloji reqlamentinin tərtibatı prosesi;
  • Alınacaq xammal və qatqı maddələrinin spesifikasiya sənədlərinin tərtibatı prosesi;

 Namizədə tələblər:

  • Ali təhsil şərtdir (Qida məhsulları mühəndisliyi);
  • Minumum 2 il iş təcrübəsi;
  • İstifadə olunan xammalların kimyəvi tərkibini bilməlidir;
  • Xammalların yoxlanma metodlarını bilməlidir;
  • Qatqı maddələrinin kimyəvi tərkibini və dozaj miqdarını bilməlidir;
  • Qatqı maddələrinin faydalı və zərərli tərəflərini dəqiq bilməlidir;
  • Reseptlərin hazırlanması metodlarını mükəmməl bilməlidir;
  • Reseptlərin hesablanması və iqtisadi tərəfdən uyğunlaşdırılması metodlarını bilməlidir;
  • Reseptlərin laboratoriya şəraitində yoxlanması metodlarını bilməlidir;
  • Məhsulların fermentasiya və prufinq şəraitinin qurulması parametrlərini bilməlidir;
  • Məhsulların zonalar üzrə bişmə temperaturlarını dəqiq bilməlidir;
  • Mikrobioloji şəraitin normada saxlanma metodlarının tətbiqini bilməlidir.

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir

Üstünlüklərimiz: 

  • Rəsmi əmək haqqı
  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi siğorta
  • Servis təminatı
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Texnoloq” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily26
  • Weekly261
  • Monthly1938