İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri:
- Tort sifarişlərinin qəbulu, planlaşdırılması və icrasına nəzarət;
- Müştəri tələblərinin düzgün analiz edilməsi və uyğun məhsul təkliflərinin verilməsi;
- Mövcud müştəri bazasının idarə olunması və müştəri məmnuniyyətinin artırılması;
- Yeni müştərilərin cəlb olunması və satış nöqtələrinin genişləndirilməsi (HoReCa və retail);
- Satış komandasının gündəlik fəaliyyətinə nəzarət və iş bölgüsünün aparılması;
- Komandanın motivasiyası, təlimi və performansının qiymətləndirilməsi;
- Satış göstəricilərinin izlənməsi və aylıq hesabatların hazırlanması;
- Rəqib analizləri və bazar araşdırmaları aparmaq;
- Məhsul portfelinin artırılması üçün təkliflər vermək;
- Sifarişlərin vaxtında və keyfiyyətli şəkildə istehsala ötürülməsinə nəzarət;
- Geri qaytarma, şikayət və problemlərin operativ həlli;
- Şirkətin satış strategiyasına uyğun fəaliyyət göstərmək;
- Şəmkir istehsal sahəsinin tort satışına davamlı dəstək göstərmək;
Tələblər:
- Orta, orta ixtisas və ya ali təhsil (Ali təhsil üstünlükdür);
- Şirniyyat (Tort və Bakery) satışı sahəsində təcrübə mütləqdir. (İstehsalı bilməsi arzuolunandır.)
- Rəhbər vəzifədə 2 il, ümumi 3-5 il iş təcrübəsi
- Microsoft Exel, Word, Power Point, Outlook-da sərbəst işləmə bacarığı
- Azərbaycan dili (əla), Rus dili (arzuolunandır)
- Ezamiyyətə gedə bilməlidir.
İş şəraiti
- İş Qrafiki: 5 günlük qrafik
- İş saatları: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
- Nahar təminatı
- Servis təminatı
- Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Tort satışı üzrə supervayzer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər