Vəzifə öhdəlikləri
- Müştərilərə kredit məhsulları haqqında məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbul və analiz edilməsi;
- Müştəri hesablarının aparılmasına dair xidmətlərin göstərilməsi;
- Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
- Hissəvi satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumatın verilməsi;
- Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi.
Tələblər:
- Yaş həddi: 20 - 28 yaş arası
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzu olunandır;
- Kompüter bilikləri (MS Office proqramları ilə orta səviyyə də işləmə bacarığı);
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Ünsiyyətcillik, təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş şəraiti
- İş şəraiti: Tam ştat
- Əmək haqqı: 400-800 Azn + Bonus
- İş saatı: 10-18:00
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- İş yeri: Bakı Şəhəri Sədərək və 20 yanvar metrosunun yanı
İş öyrədilir.
Qeyd olunan tələblərə uyğun yalnız xanım və Sədərək və ya 20 yanvar metrosu yaxınlığında yaşayan namizədlər əlaqə saxlasın!!!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
Əlaqə: 099 368 18 18