Şirkətimizin maliyyə, vergi və kadr sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri:
- Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.
- Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.
- Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.
- ERP Sistemi: Şirkətin daxili ERP sisteminin qısa müddətdə mənimsənilməsi və məlumatların düzgün işlənməsinin təmin edilməsi.
- Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.
- Kadr Uçotu: İşçilərin e-gov.az portalında qeydiyyatı və əmək müqavilələrinin hazırlanması.
- Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.
- Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi.
Namizədə dair tələblər:
- Xanım namizəd
- Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq)
- Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər
- PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir
- Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı
- Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
- MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir).
- ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı.
- Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək.
- Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı.
İş şərtləri:
- Əmək haqqı: 1200 – 1500 AZN Net (Namizədin təcrübəsinə uyğun olaraq).
- İş qrafiki: 5 günlük (və ya 5 gün + Şənbə qısa gün), 09:30-18:30
- Nahar: ofis daxili şirkət tərəfindən.
- Məkan: Bakı, Şəmsi Rəhimov
Maraqlanan namizədlər CV-ləri “Baş Mühasib” başlığı Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə
- +994502775592
- +994124414949