Aura Məişət Teknikası Aura Məişət Teknikası
  • 554

Baş Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Mühasib

  • Истекает 1 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizin maliyyə, vergi və kadr sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.
  • Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.
  • Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.
  • ERP Sistemi: Şirkətin daxili ERP sisteminin qısa müddətdə mənimsənilməsi və məlumatların düzgün işlənməsinin təmin edilməsi.
  • Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.
  • Kadr Uçotu: İşçilərin e-gov.az portalında qeydiyyatı və əmək müqavilələrinin hazırlanması.
  • Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.
  • Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi.

Namizədə dair tələblər:

  • Xanım namizəd
  • Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq)
  • Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər
  • PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir
  • Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı
  • Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
  • MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir).
  • ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı.
  • Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək.
  • Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı.

İş şərtləri:

  • Əmək haqqı: 1200 – 1500 AZN Net (Namizədin təcrübəsinə uyğun olaraq).
  • İş qrafiki: 5 günlük (və ya 5 gün + Şənbə qısa gün), 09:30-18:30
  • Nahar: ofis daxili şirkət tərəfindən.
  • Məkan: Bakı, Şəmsi Rəhimov

Maraqlanan namizədlər CV-ləri “Baş Mühasib” başlığı Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə

  • +994502775592
  • +994124414949
  • Daily0
  • Weekly297
  • Monthly122