Əsas tələblər:
- Ali - Orta təhsilli
- Dil bilikləri – Azərbaycan dili və Rus dilində sərbəst danışıq (İngilis dili üstünlükdür)
- Sərbəst kompüter istifadəçisi (MS Office Proqramları)
- Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli
- Bəy/Xanım namizədlər
Vəzifə öhdəlikləri:
- Servis mərkəzində təmir və texniki xidmətdən çıxan avtomobil sahibləri ilə sorğu keçirmək
- Standart sorğu formaları əsasında məlumatları dəqiq və obyektiv şəkildə qeyd etmək
- Müştəriləri səbirli və peşəkar şəkildə dinləmək, ilkin izahat vermək və məsələni aidiyyəti şəxsə yönləndirmək
- Təkrarlanan şikayətləri analiz edərək rəhbərliyə hesabat şəklində təqdim etmək
- Müştərilərdən gələn təklif və iradların xidmət keyfiyyətinin artırılması üçün istifadəsini təmin etmək
- Servis mərkəzinin korporativ davranış qaydalarına və etik normalarına əməl etmək
- Müştəri məlumatlarının məxfiliyini qorumaq
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Müştərilərlə əlaqələr üzrə kiçik mütəxəssis” yazaraq öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yollaya bilərlər.