Əsas tələblər:
- Azərbaycan dilində səlis və yazılı ifadə bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür
- Ali təhsil və ya rəqəmsal marketinq sahəsi üzrə peşəkar kurs bitirmə sertifikatı
- SMM və ya Digital Marketing sahəsində minimum 3 il iş təcrübəsi
- Yaradıcı düşüncə, estetik zövq və orijinal kontent ideyaları hazırlamaq qabiliyyəti
- Dəqiqlik, operativlik və məsuliyyət hissi
- Komandada işləmə və təzyiq altında qərarvermə bacarığı
- Nəticəyönümlü və müştəriyönümlü düşüncə
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
- Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
- Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
- Auditoriya hədəflənməsi və reklam büdcəsinin düzgün istifadəsi
- Kampaniyalar, endirimlər, yeniliklər və məhsul təqdimatlarının aktiv şəkildə izləyicilərə çatdırılması
- Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması
- Sosial media performansının gündəlik və aylıq izlənməsi, analitik hesabatların hazırlanması
- Sosial media trendlərinin və rəqib şirkətlərin fəaliyyətinin müntəzəm analizi
Tələb olunan texniki bacarıqlar və proqram bilikləri:
- Meta Business Suite / Facebook Ads Manager / Creator Studio – paylaşımların və reklamlara nəzarət üçün
Əmək şəraiti:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Müsahibə əsasında
İş yeri:
- Bakı şəhəri, Ziya Bünyadov pr. 118
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “SMM Mütəxəssisi” yazaraq öz şəkilli CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.