İş şəraiti:
- İş qrafiki: / Bazar ertəsi - cümə 10:00 - 18:00, şənbə 10:00 - 16:00
- Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- İngilis dilini bilmək mütləq, rus dili arzuolunandır;
- MS Office proqramlarında işləyə bilmə bacarıqları;
- Operativlik, dəqiqlik və səliqə;
- Komandada işləmək bacarığı, yüksək ünsiyyət qurma və dinləmə bacarıqları;
- Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə bacarığı;
İŞİN TƏSVİRİ:
- Daxil olan ümumi zəngləri cavablandırmaq;
- Servis və satış sonrası xidmət səviyyəsinin ölçülməsi ilə bağlı müştərilərə zəng etmək;
- Satışa aid daxil olan zəngləri cavablandırmaq və qeydiyyata alaraq müvafiq satış təmsilçisinə yönləndirmək;
- Xidmət Mərkəzlərinə müraciət edən müştərilərin zənglərini cavablandırmaq və avtomobilin qəbulu üçün vaxt təyin edərək onların qeydiyyatını aparmaq;
- Salona daxil olan müştəriləri müvafiq istiqamətlərə yönləndirmək;
- Cəmiyyətə daxil olan sənədləri qəbul edib onların qeydiyyatını aparmaq;
- Günlük salona daxil olan müştəri məlumatlarını (ad-soyad, mobil nömrə, e-mail ünvanı, maraqlandığı avtomobil modeli, məlumat aldığı mənbə və s.) haqqında məlumatların qeydiyyatını aparmaq.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaq.