İş şəraiti
- İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə
- Şəhər: Bakı
Tələblər:
- Minimum 03 (üç) il korporativ satış sahəsində (avtomobil sektoru üstünlükdür) iş təcrübəsi;
- Ali təhsil (biznes, iqtisadiyyat, marketinq və ya oxşar sahələr üstünlükdür);
- Yüksək səviyyədə danışıqlar aparmaq və münasibətlər qurmaq bacarığı;
- Təqdimat hazırlamaq və təqdim etmək bacarıqları;
- MS Office (xüsusilə Excell və PowerPoint) və 1C proqramlarında işləmək bacarığı;
- CRM sistemləri ilə iş təcrübəsi;
- Analitik düşünmə, planlama və strateji satış yanaşması;
- Azərbaycan və rus dillərində səlis danışmaq (ingilis dili üstünlükdür);
- Məsuliyyətli, təşəbbüskar, nəticəyə yönəlik və komandada işləmə bacarığı.
İşin təsviri:
- Korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- Bazar araşdırmalarının aparılması, müştəri ehtiyaclarının təhlili və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
- Korporativ müştəri bazasının formalaşdırılması və aktiv idarə olunması;
- Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı işin təşkili və kompleks satış həllərinin təqdim edilməsi;
- Tender və sorğular üçün kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanılması;
- Satış hədəflərinin icrası, satış həcminin və keyfiyyət göstəricilərinin izlənilməsi;
- Satış sonrası proseslərin izlənməsi və müştəri məmnuniyyətinin təmin edilməsi;
- Müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin planlanması prosesində iştirak;
- Korporativ müştərilərlə marketinq kommunikasiyalarının qurulmasına təşəbbüs, və dəstək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Bu vakansiya bəy namizədlər üçün nəzərdə tutulmuşdur, həmçinin tələblərə uyğun olmayan və “subject” bölməsində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaqdır.