Autolux Azerbaijan LLC Autolux Azerbaijan LLC
  • 323

Satış şöbəsinin 1 - ci dərəcəli korporativ satış təmsilçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış şöbəsinin 1 - ci dərəcəli korporativ satış təmsilçisi

  • Истекает 15 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə
  • Şəhər: Bakı

Tələblər:

  • Minimum 03 (üç) il korporativ satış sahəsində (avtomobil sektoru üstünlükdür) iş təcrübəsi;
  • Ali təhsil (biznes, iqtisadiyyat, marketinq və ya oxşar sahələr üstünlükdür);
  • Yüksək səviyyədə danışıqlar aparmaq və münasibətlər qurmaq bacarığı;
  • Təqdimat hazırlamaq və təqdim etmək bacarıqları;
  • MS Office (xüsusilə Excell və PowerPoint) və 1C proqramlarında işləmək bacarığı;
  • CRM sistemləri ilə iş təcrübəsi;
  • Analitik düşünmə, planlama və strateji satış yanaşması;
  • Azərbaycan və rus dillərində səlis danışmaq (ingilis dili üstünlükdür);
  • Məsuliyyətli, təşəbbüskar, nəticəyə yönəlik və komandada işləmə bacarığı.

İşin təsviri: 

  • Korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Bazar araşdırmalarının aparılması, müştəri ehtiyaclarının təhlili və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
  • Korporativ müştəri bazasının formalaşdırılması və aktiv idarə olunması;
  • Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı işin təşkili və kompleks satış həllərinin təqdim edilməsi;
  • Tender və sorğular üçün kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanılması;
  • Satış hədəflərinin icrası, satış həcminin və keyfiyyət göstəricilərinin izlənilməsi;
  • Satış sonrası proseslərin izlənməsi və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin planlanması prosesində iştirak;
  • Korporativ müştərilərlə marketinq kommunikasiyalarının qurulmasına təşəbbüs, və dəstək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Bu vakansiya bəy namizədlər üçün nəzərdə tutulmuşdur, həmçinin tələblərə uyğun olmayan və “subject” bölməsində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaqdır.

  • Daily0
  • Weekly627
  • Monthly1414