Autopia Autopia

Satınalma üzrə assistent

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə assistent

  • Deadline 10 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri (vəzifə və öhdəliklər)

  • Satınalma prosesinin şirkətin strategiyasına uyğun həyata keçirilməsi 
  • Yönləndirilmiş sorğular əsasında   mal-materialların ilk öncə  texniki məlumat və qiymət araşdırılmasını, daha sonra xarici və daxili bazar araşdırmasını aparıb uyğun təchizatçı şirkətlərin tədqiqini  həyata keçirmək
  • Təkliflər sorğusu və məlumat sorğusunun hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi prosesinə dəstək göstərilməsi
  • Yerli və xarici təchizatçılarla kommersiya şərtləri üzrə şifahi və yazılı danışıqların aparılması
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
  • Təchizatçı və tədarükçü bazasının yaradılması və aylıq yenilənməsi
  • Çatdırılma şərtlərinin şirkətin ehtiyaclarına uyğunlaşdırılması
  • Müvafiq alış üzrə sənədlərin tərtib edilməsi və ya təqdim edilmiş sənədlərin yoxlanması və sənədləşmə prosesində şirkətin maraqlarının qorunmasının nəzarətdə saxlanılması 
  • Təchizatçılar tərəfindən satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət edərək, ödəniş şərtlərinə əsasən müvafiq sənədlərin zamanında mühasibatlığa təqdim edilməsi  
  • Alış qaimələrinin 1C 8.3 ERP sisteminə işlənməsi
  • Şirkətə daxil olmuş sorğular üzrə müvafiq təkliflərin hazırlanmasına dəstək göstərilməsi
  • Təchizatçılar qarşısında olan ödəniş öhdəlikləri üzrə, o cümlədən müvafiq alış və logistika əməliyyatı üzrə hesabatların hazırlanması
  • Təhlillərin aparılması və hesabatların hazırlanması və rəhbərliyə hesabatların təqdim olunması
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək
  • Təchizat və satınalma üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların icrası

Müvafiq peşə üzrə tələblər

  • Təhsil: Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı
  • Kompüter bilikləri: MS Office (Word, Excel) yaxşı səviyyədə
  • İş təcrübəsi: tələb edilmir
  • Fərdi keyfiyyətlər: punktual, məsuliyyətli, işə həvəslə yanaşma, ünsiyyətcil, səliqəli görünüş
  • Peşəkar keyfiyyətlər: analitik düşünmə, problem analiz etmə, detallara diqqət, nizam-intizam, korporativ etikaya və subordinasiya qaydalarına riayət emtək.
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

Şirkət tərəfindən təklif edilir

  • İş qrafiki: 5 günlük iş həftəsi, 9:00-18:00
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsi
  • Əmək haqqı: 400-500 Azn
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Korporativ nömrə
  • İşin öyrədilməsi
  • Şəxsi və peşəkar inkişaf imkanları

Əlavə qeydlər

  • Yeni məzunlara, iş təcrübəsi az olan və ya olmayanlara üstünlük veriləcək.
  • Maliyyə, biznes idarəçiliyi, beynəlxalq münasibətlər, logistika, aqrar və maşınqayırma sahəsində təhsil almış namizədlər xüsusilə maraqlıdır. 

Maraqlanan namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily141
  • Weekly700
  • Monthly2612