İşin təsviri (vəzifə və öhdəliklər)
- Satınalma prosesinin şirkətin strategiyasına uyğun həyata keçirilməsi
- Yönləndirilmiş sorğular əsasında mal-materialların ilk öncə texniki məlumat və qiymət araşdırılmasını, daha sonra xarici və daxili bazar araşdırmasını aparıb uyğun təchizatçı şirkətlərin tədqiqini həyata keçirmək
- Təkliflər sorğusu və məlumat sorğusunun hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi prosesinə dəstək göstərilməsi
- Yerli və xarici təchizatçılarla kommersiya şərtləri üzrə şifahi və yazılı danışıqların aparılması
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
- Təchizatçı və tədarükçü bazasının yaradılması və aylıq yenilənməsi
- Çatdırılma şərtlərinin şirkətin ehtiyaclarına uyğunlaşdırılması
- Müvafiq alış üzrə sənədlərin tərtib edilməsi və ya təqdim edilmiş sənədlərin yoxlanması və sənədləşmə prosesində şirkətin maraqlarının qorunmasının nəzarətdə saxlanılması
- Təchizatçılar tərəfindən satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət edərək, ödəniş şərtlərinə əsasən müvafiq sənədlərin zamanında mühasibatlığa təqdim edilməsi
- Alış qaimələrinin 1C 8.3 ERP sisteminə işlənməsi
- Şirkətə daxil olmuş sorğular üzrə müvafiq təkliflərin hazırlanmasına dəstək göstərilməsi
- Təchizatçılar qarşısında olan ödəniş öhdəlikləri üzrə, o cümlədən müvafiq alış və logistika əməliyyatı üzrə hesabatların hazırlanması
- Təhlillərin aparılması və hesabatların hazırlanması və rəhbərliyə hesabatların təqdim olunması
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək
- Təchizat və satınalma üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların icrası
Müvafiq peşə üzrə tələblər
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı
- Kompüter bilikləri: MS Office (Word, Excel) yaxşı səviyyədə
- İş təcrübəsi: tələb edilmir
- Fərdi keyfiyyətlər: punktual, məsuliyyətli, işə həvəslə yanaşma, ünsiyyətcil, səliqəli görünüş
- Peşəkar keyfiyyətlər: analitik düşünmə, problem analiz etmə, detallara diqqət, nizam-intizam, korporativ etikaya və subordinasiya qaydalarına riayət emtək.
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;
Şirkət tərəfindən təklif edilir
- İş qrafiki: 5 günlük iş həftəsi, 9:00-18:00
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsi
- Əmək haqqı: 400-500 Azn
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Korporativ nömrə
- İşin öyrədilməsi
- Şəxsi və peşəkar inkişaf imkanları
Əlavə qeydlər
- Yeni məzunlara, iş təcrübəsi az olan və ya olmayanlara üstünlük veriləcək.
- Maliyyə, biznes idarəçiliyi, beynəlxalq münasibətlər, logistika, aqrar və maşınqayırma sahəsində təhsil almış namizədlər xüsusilə maraqlıdır.
Maraqlanan namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.