Vəzifə funksiyaları:
- Dəmir-beton qəlib və armatur mərhələsində elektrik kanalları, rozet qutuları, torpaqlama keçiriciləri və baş paylayıcı lövhə (pano) birləşmə rezervasiyalarının layihəyə uyğunluğunu nəzarət etmək.
- Torpaqlama və ildırımdan mühafizə sistemlərinin (IEC 62305) layihə və tətbiq nəzarətlərini aparmaq.
- Müvəqqəti şantiyə elektrik qurğusunun təhlükəsiz və səmərəli işləməsini təmin etmək.
- Elektrik layihələrini (işıqlandırma, rozetka, qüvvə, zəif cərəyan, yanğın aşkarlama, BMS) memarlıq, mexaniki və statik layihələrlə koordinasiyalı şəkildə yoxlamaq, çatışmazlıqları aşkarlamaq və düzəliş (reviziya) tapşırıqları hazırlamaq.
- Podratçı və alt-podratçıların gördüyü işlərin layihə, şərtnamə və standartlara uyğunluğunu nəzarət etmək.
- Material təsdiq proseslərini (Material Submittal) idarə etmək və texniki qiymətləndirmələri aparmaq.
- Elektrik və zəif cərəyan sistemləri üçün əhatəli tender (müqavilə müsabiqəsi) texniki şərtnamələrini hazırlamaq və yeniləmək.
- Gələn təklifləri texniki cəhətdən qiymətləndirmək, müqayisə etmək və podratçı seçim prosesinə töhfə vermək.
- Müqavilənin texniki əlavələrini hazırlamaq.
- Sınaq və istismara vermə (Testing & Commissioning) proseslərində iştirak etmək və nəticələri qiymətləndirmək.
- As-Built sənədlərinin, istismar və texniki xidmət (O&M) kitabçalarının yoxlanılmasını aparmaq.
- Qəbul aktlarının hazırlanmasına töhfə vermək.
- Hündürmərtəbəli (20+ mərtəbə) yaşayış və ya qarışıq istifadəli layihələrdə elektrik mühəndisi kimi ən azı 5 il iş təcrübəsi.
- Eyni ölçülü (100+ metr hündürlük) layihələrdə şantiyə nəzarəti və layihə idarəetmə təcrübəsi — mütləqdir.
- Tender sənədlərinin hazırlanması və texniki şərtnamə yazma təcrübəsi.
Tələblər:
- Təhsil: Ali (Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr / magistr)
- Alçaq və orta gərginlik şəbəkələri, transformator (yarımstansiya) mərkəzləri, ehtiyat enerji sistemləri (generator, UPS).
- Hündürmərtəbəli (20+ mərtəbə) yaşayış və ya qarışıq istifadəli layihələrdə elektrik mühəndisi kimi ən azı 5 il iş təcrübəsi.
- Eyni ölçülü (100+ metr hündürlük) layihələrdə şantiyə nəzarəti və layihə idarəetmə təcrübəsi — mütləqdir.
- IEC, IEEE, NFPA — beynəlxalq elektrik və yanğın standartları
- IEC 62305 — ildırımdan mühafizə, AZS və yerli normativlər (SNiP)
- AutoCAD: mütləq, (MS Project / Primavera P6. Navisworks (BIM) və Power BI) bilikləri üstünlükdür.
İş Şəraiti:
- İş qrafiki: 6 gün
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.