Vəzifə öhdəlikləri:
- Layihə üzrə fasad işlərinin planlaşdırılması, təşkili və icrasına ümumi nəzarətin həyata keçirilməsi
- Fasad sistemləri üzrə shop drawing, IFC və digər texniki sənədlərin yoxlanılması və təsdiqi prosesində iştirak
- Podratçı və subpodratçıların işlərinin koordinasiyası və nəzarətdə saxlanılması
- İş qrafikinin hazırlanması və sahədə işlərin qrafikə uyğun icrasının təmin edilməsi
- Materialların seçimi, sifarişi və sahəyə vaxtında çatdırılmasına nəzarət
- Fasad işlərinin keyfiyyət standartlarına və texniki normativlərə uyğunluğunun təmin edilməsi
- Sahədə texniki problemlərin operativ şəkildə həll edilməsi və alternativ həllərin təklif olunması
- İşlərin gedişi ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Layihə üzrə digər bölmələrlə (memarlıq, konstruksiya, MEP və s.) koordinasiyanın təmin edilməsi
- İş təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət
- Təhvil-təslim (handover) mərhələsində iştirak və sənədləşmənin tamamlanmasının təmin edilməsi
Tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi, memarlıq və ya müvafiq sahə üzrə)
- Fasad sistemləri üzrə minimum 3-5 il iş təcrübəsi (şüşə fasadlar, alüminium sistemlər, ventilyasiya olunan fasadlar və s.)
- Layihə sənədlərini (shop drawing, IFC, as-built) oxuma və analiz etmə bacarığı
- Fasad işlərinin icrasına nəzarət, keyfiyyət və texniki standartların tətbiqi üzrə təcrübə
- Podratçı və subpodratçılarla işin koordinasiyası bacarığı
- Material və texniki həllərin seçimi üzrə biliklər
- İş qrafikinin hazırlanması və icrasına nəzarət (MS Project və ya oxşar proqramlar üstünlükdür)
- AutoCAD və digər mühəndis proqramlarında işləmək bacarığı
- Texniki sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
Əlavə məlumat:
- İş qrafiki: 6/1, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 2500-3000 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Fasad işləri üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.