Vəzifə funksiyaları:
- Tikinti sahəsində topoqrafik-geodezik işlərin təşkili və icrasını təmin etmək;
- Layihə üzrə verilmiş koordinat və hündürlük sistemlərinin öyrənilməsi və sahədə tətbiqini təmin etmək;
- Geodezik reperlərin, koordinat və yüksəklik nöqtələrinin qəbulunu, yoxlanılmasını və qorunmasını təmin etmək;
- Tikinti işləri üzrə oxların, koordinatların və yüksəklik nişanlarının sahəyə çıxarılmasını həyata keçirmək;
- Bina və qurğuların, konstruktiv elementlərin, yolların və digər tikinti elementlərinin layihə üzrə yerləşmə vəziyyətini yoxlamaq;
- Təməl, svay, kolon, divar, döşəmə və digər konstruksiyaların geodezik ölçmə və nişanlama işlərini aparmaq;
- Tikinti işlərinin layihə koordinatlarına və hündürlük göstəricilərinə uyğunluğuna nəzarət etmək;
- İcra olunmuş işlər üzrə faktiki ölçmələri aparmaq və icraedici geodezik sxemlərin hazırlanmasını təmin etmək;
- Yerinə yetirilmiş işlərin layihə göstəricilərindən kənarlaşmalarını müəyyən etmək və nəticələri aidiyyəti şəxslərə təqdim etmək;
- Total station, GPS/GNSS, nivelir və digər geodezik cihazlardan düzgün istifadə etmək və onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Geodezik cihazların kalibrlənməsi və texniki yoxlamalarının vaxtında aparılmasına nəzarət etmək;
- Podratçı və subpodratçıların geodezik işlərini koordinasiya etmək və yoxlamaq;
- Layihə, tikinti və dizayn komandaları ilə koordinasiyalı şəkildə işləmək;
- Sahədə yaranan koordinat, ölçü və hündürlük uyğunsuzluqlarının araşdırılmasında iştirak etmək;
- Geodezik ölçmə nəticələrinin elektron və kağız formatda düzgün qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
- Gündəlik və həftəlik görülmüş geodezik işlər üzrə hesabatlar hazırlamaq;
- İşlərin əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək.
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali (Geodeziya, topoqrafiya, geomatika və ya əlaqədar sahə).
- İş Təcrübəsi: Tikinti layihələrində topoqraf/geodeziya mühəndisi üzrə minimum 2-3 illik təcrübəsi
- Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə olunması.
- Çertyoj və layihə sənədlərini oxuma və koordinat sistemləri ilə işləmə bacarığı;
- Ölçmə nəticələrinin təhlili və hesabatların hazırlanması bacarığı
- AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı (Civil 3D, NetCAD üstünlükdür).
- Dəqiqlik, məsuliyyət, analitik düşünmə qabiliyyəti.
- Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə bacarığı.
İş Şəraiti:
- İş qrafiki: 6 gün
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: Namizədin bilik və bacarıqlarına uyğun
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Geodiziya muhendisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.