Vəzifə öhdəlikləri:
- Təsdiqlənmiş çertyojlar (Issued for Construction) əsasında iş paketləri üzrə həcmləri hesablamaq (Take-off), BOQ ilə uzlaşdırmaq və uyğunsuzluqları Layihə Rəhbərinə və Lead Cost Control-a bildirmək.
- Sahədə icra olunmuş işlərin həcmlərini podratçı nümayəndəsi ilə birgə ölçmək və ölçmə aktlarını tərtib etmək.
- Gizli işlərin həcmlərini örtülməzdən əvvəl ölçmək və sənədləşdirmək (gizli işlər aktı, foto, geodeziya ölçmələri).
- Podratçıların Forma-2-lərini sahə səviyyəsində yoxlamaq, həcmləri ölçmə aktları, çertyojlar, kumulyativ icra və müqavilə BOQ-u ilə müqayisə etmək.
- Vizalanmış Forma-2-ni Layihə Rəhbərinin razılaşdırması ilə mərkəzi yoxlama üçün Cost Controller (Contractors)-a təqdim etmək.
- Açıq NCR-i olan və ya qəbul edilməmiş işlərin Forma-2-yə daxil edilməməsini QA/QC-nin açıq NCR siyahısı əsasında təmin etmək.
- Sifarişçiyə təqdim olunacaq Forma-2/IPC üçün icra olunmuş həcmləri hazırlamaq və həcmlərin sifarişçinin texniki nəzarəti ilə razılaşdırılmasında Cost Controller (Clients) ilə birlikdə iştirak etmək.
- Podratçılara verilən materialların uçotunu aparmaq (verilən, istifadə olunan, qalıq), faktiki sərfiyyatı norma ilə müqayisə etmək və artıq sərfiyyatı tutulma (Back-charge) üçün bildirmək.
- Həcm dəyişikliklərini (layihə reviziyası, sahə göstərişi, əlavə işlər) aşkarlamaq, həcm fərqini hesablamaq və sahə sübutları ilə birlikdə Dəyişikliklər Reyestrinə (MOC) daxil edilməsi üçün layihənin xərc qrupuna təqdim etmək.
- BOQ maddələri üzrə kumulyativ həcm reyestrini aparmaq: layihə həcmi, icra olunmuş, ödənilmiş və qalıq həcm.
- Faktiki icra həcmlərini proqres ölçməsi üçün Planlama Mühəndisinə həftəlik təqdim etmək.
- Lead Cost Control tərəfindən müəyyən edilmiş vahid ölçmə qaydalarını və şablonları tətbiq etmək, metodoloji məsələlər üzrə Lead Cost Control ilə əlaqə saxlamaq.
- Sahə Rəisi, İnşaat Mühəndisləri və geodeziya qrupu ilə icra həcmlərini və geodeziya ölçmələrini (qazıntı, torpaq işləri, beton həcmləri) uzlaşdırmaq.
- Layihə Memarı və sahə dizayn qrupu ilə tamamlama və fasad işlərinin həcmlərini dəqiqləşdirmək.
- VO və Claim-lər üçün həcm hesablamalarını və sahə sübutlarını Layihə Rəhbəri vasitəsilə Commercial bölməsinə hazırlamaq.
- Təhvil mərhələsində podratçılarla yekun həcmlərin (Final Account) hazırlanmasında iştirak etmək.
- Layihə Rəhbərinə həftəlik həcm və Forma-2 statusunu təqdim etmək.
- Layihə Rəhbərinə və layihənin xərc qrupuna aylıq icra olunmuş həcmlər, həcm dəyişiklikləri və material uçotu üzrə icmal təqdim etmək.
Tələblər:
- Ali texniki təhsil (inşaat mühəndisliyi üstünlük təşkil edir)
- Tikinti sahəsində həcm ölçmə (QS) üzrə ən azı 3 il iş təcrübəsinə malik olmaq.
- Forma-2-nin hazırlanması və ya yoxlanılması üzrə təcrübəyə malik olmaq (məcburi).
- Azərbaycan dilini mükəmməl bilmək (məcburi).
- Rus və ya ingilis dilini bilmək üstünlükdür.
- MS Excel proqramını qabaqcıl səviyyədə bilmək.
- AutoCAD proqramından ölçmə səviyyəsində istifadə etmək.
- ERP sistemləri ilə işləmək bacarığına malik olmaq.
- CostX və ya analoji Take-off proqramı ilə işləmək bacarığına malik olmaq üstünlükdür.
- RICS sertifikatına malik olmaq üstünlükdür.
Əlavə məlumat:
- İş qrafiki: 6/1,
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri- Afiyəddin Cəlilov küçəsi
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Həcmlərə nəzarət üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.