Avant Construction Avant Construction

Həcmlərə nəzarət üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Həcmlərə nəzarət üzrə mühəndis

  • Истекает 26 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Təsdiqlənmiş çertyojlar (Issued for Construction) əsasında iş paketləri üzrə həcmləri hesablamaq (Take-off), BOQ ilə uzlaşdırmaq və uyğunsuzluqları Layihə Rəhbərinə və Lead Cost Control-a bildirmək.
  • Sahədə icra olunmuş işlərin həcmlərini podratçı nümayəndəsi ilə birgə ölçmək və ölçmə aktlarını tərtib etmək.
  • Gizli işlərin həcmlərini örtülməzdən əvvəl ölçmək və sənədləşdirmək (gizli işlər aktı, foto, geodeziya ölçmələri).
  • Podratçıların Forma-2-lərini sahə səviyyəsində yoxlamaq, həcmləri ölçmə aktları, çertyojlar, kumulyativ icra və müqavilə BOQ-u ilə müqayisə etmək.
  • Vizalanmış Forma-2-ni Layihə Rəhbərinin razılaşdırması ilə mərkəzi yoxlama üçün Cost Controller (Contractors)-a təqdim etmək.
  • Açıq NCR-i olan və ya qəbul edilməmiş işlərin Forma-2-yə daxil edilməməsini QA/QC-nin açıq NCR siyahısı əsasında təmin etmək.
  • Sifarişçiyə təqdim olunacaq Forma-2/IPC üçün icra olunmuş həcmləri hazırlamaq və həcmlərin sifarişçinin texniki nəzarəti ilə razılaşdırılmasında Cost Controller (Clients) ilə birlikdə iştirak etmək.
  • Podratçılara verilən materialların uçotunu aparmaq (verilən, istifadə olunan, qalıq), faktiki sərfiyyatı norma ilə müqayisə etmək və artıq sərfiyyatı tutulma (Back-charge) üçün bildirmək.
  • Həcm dəyişikliklərini (layihə reviziyası, sahə göstərişi, əlavə işlər) aşkarlamaq, həcm fərqini hesablamaq və sahə sübutları ilə birlikdə Dəyişikliklər Reyestrinə (MOC) daxil edilməsi üçün layihənin xərc qrupuna təqdim etmək.
  • BOQ maddələri üzrə kumulyativ həcm reyestrini aparmaq: layihə həcmi, icra olunmuş, ödənilmiş və qalıq həcm.
  • Faktiki icra həcmlərini proqres ölçməsi üçün Planlama Mühəndisinə həftəlik təqdim etmək.
  • Lead Cost Control tərəfindən müəyyən edilmiş vahid ölçmə qaydalarını və şablonları tətbiq etmək, metodoloji məsələlər üzrə Lead Cost Control ilə əlaqə saxlamaq.
  • Sahə Rəisi, İnşaat Mühəndisləri və geodeziya qrupu ilə icra həcmlərini və geodeziya ölçmələrini (qazıntı, torpaq işləri, beton həcmləri) uzlaşdırmaq.
  • Layihə Memarı və sahə dizayn qrupu ilə tamamlama və fasad işlərinin həcmlərini dəqiqləşdirmək.
  • VO və Claim-lər üçün həcm hesablamalarını və sahə sübutlarını Layihə Rəhbəri vasitəsilə Commercial bölməsinə hazırlamaq.
  • Təhvil mərhələsində podratçılarla yekun həcmlərin (Final Account) hazırlanmasında iştirak etmək.
  • Layihə Rəhbərinə həftəlik həcm və Forma-2 statusunu təqdim etmək.
  • Layihə Rəhbərinə və layihənin xərc qrupuna aylıq icra olunmuş həcmlər, həcm dəyişiklikləri və material uçotu üzrə icmal təqdim etmək.    

Tələblər:

  • Ali texniki təhsil (inşaat mühəndisliyi üstünlük təşkil edir)
  • Tikinti sahəsində həcm ölçmə (QS) üzrə ən azı 3 il iş təcrübəsinə malik olmaq.
  • Forma-2-nin hazırlanması və ya yoxlanılması üzrə təcrübəyə malik olmaq (məcburi).
  • Azərbaycan dilini mükəmməl bilmək (məcburi).
  • Rus və ya ingilis dilini bilmək üstünlükdür.
  • MS Excel proqramını qabaqcıl səviyyədə bilmək.
  • AutoCAD proqramından ölçmə səviyyəsində istifadə etmək.
  • ERP sistemləri ilə işləmək bacarığına malik olmaq.
  • CostX və ya analoji Take-off proqramı ilə işləmək bacarığına malik olmaq üstünlükdür.
  • RICS sertifikatına malik olmaq üstünlükdür.

Əlavə məlumat:

  • İş qrafiki: 6/1, 
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş yeri- Afiyəddin Cəlilov küçəsi

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Həcmlərə nəzarət üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly366
  • Monthly1838