Vəzifə funksiyaları:
- Rəhbərliyin gündəlik və həftəlik təqvimini planlamaq, görüşləri təşkil etmək və prioritetləşdirmək
- Rəhbərlik adından daxil olan yazışmaları (e-mail, zəng və s.) idarə etmək, cavab layihələri hazırlamaq və icra nəzarətini təmin etmək
- Ezamiyyətlərin və işgüzar görüşlərin təşkili (bilet, otel, logistika və s.)
- Hesabatlar, təqdimatlar, briflər və görüş protokolları hazırlamaq
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrasını izləmək və status üzrə mütəmadi məlumat təqdim etmək
- İdarə Heyəti iclaslarının planlaşdırılması və təşkili
- İclas gündəliyinin hazırlanması və təsdiq üçün təqdim edilməsi
- İclas materiallarının toplanması, strukturlaşdırılması və üzvlərlə vaxtında paylaşılması
- İdarə Heyəti iclaslarının protokollarını hazırlamaq və qərarları rəsmiləşdirmək
- Qəbul edilmiş qərarların icrasını izləmək və status hesabatları hazırlamaq
- İdarə Heyətinə aid sənədlərin məxfiliyini qorumaq və sistemli arxivləşdirilməsini təmin etmək
- Rəhbərlik ilə struktur bölmələr və xarici tərəfdaşlar arasında koordinasiyanı təmin etmək
- Bitrix sistemi üzərindən tapşırıqların icra vəziyyətini izləmək və gecikmələr üzrə nəzarət aparmaq
- Struktur bölmələr tərəfindən təqdim olunan aylıq hesabatların vaxtında təqdim edilməsini izləmək və konsolidə məlumatı rəhbərliyə təqdim etmək
- İnzibati proseslərə dəstək vermək (xərc hesabatları, satınalma sorğuları və s.)
Vəzifəyə olan tələblər:
- Ali təhsil (idarəetmə, hüquq və ya uyğun sahə üzrə üstünlükdür)
- Müvafiq sahədə minimum 2–4 il iş təcrübəsi
- Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır
- MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı
- Analitik düşünmə və təşkilatçılıq bacarıqları
- Güclü yazılı və şifahi kommunikasiya
- Məxfilik, dəqiqlik və məsuliyyətlilik
İş Şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: 1000-1200 AZN (NET)
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İcraçı köməkçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.