Avant Construction Avant Construction
  • 129

Avant Construction

Tikinti

Keyfiyyətə Nəzarət üzrə mühəndis (Dəmir beton üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə Nəzarət üzrə mühəndis (Dəmir beton üzrə)

  • Deadline 1 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyaları:

  • Dəmir-beton işlərinin (armatur, kalıp, beton tökmə) keyfiyyətinə sahədə nəzarətin həyata keçirilməsi
  • İşlərin layihə, texniki şərtlər və standartlara uyğun icrasının yoxlanılması
  • Beton tökülməsi öncəsi və sonrası yoxlamaların (pre-pour / post-pour inspections) aparılması
  • Materialların (sement, armatur, qatqılar və s.) keyfiyyət sertifikatlarının yoxlanılması
  • Laborator testlərin (slump test, kub nümunələr və s.) təşkili və nəticələrin izlənilməsi
  • Uyğunsuzluqların (NCR) aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
  • Podratçı işlərinin keyfiyyət baxımından nəzarətdə saxlanılması
  • Gündəlik və həftəlik hesabatların hazırlanması
  • Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi
  • İş təhlükəsizliyi və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət

Vəzifəyə olan tələblər: 

  • Ali təhsil (İnşaat mühəndisliyi üzrə)
  • Dəmir-beton işləri üzrə minimum 2–4 il iş təcrübəsi
  • Beton, armatur və kalıp işləri üzrə texniki biliklər
  • Layihə sənədlərini (shop drawing, IFC) oxuma və təhlil etmə bacarığı
  • Yerli normativlər və beynəlxalq standartlar (ASTM, BS, Eurocode və s.) üzrə biliklər
  • Beton tökülməsi, curing, slump test və digər laborator nəzarət prosedurları üzrə anlayış
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
  • Detallara diqqət, məsuliyyət və operativ qərarvermə bacarığı
  • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür

İş Şəraiti:

  • İş qrafiki: 6/1, 08:00-17:00
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Korporativ balans (bakcell)
  • Korporativ taksidən istifadə
  • Əmək haqqı: 2200-2600 AZN (NET)

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Keyfiyyətə nəzarət mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily92
  • Weekly525
  • Monthly92