Avant Construction Avant Construction
  • 240

Avant Construction

Tikinti , Bina tikintisi

Müqavilələr üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müqavilələr üzrə aparıcı mütəxəssis

  • Deadline 20 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Sifarişçi, podratçı və subpodratçı müqavilələrinin layihələrini Şirkətin şablonları və FIDIC şərtləri əsasında hazırlamaq.
  • Xüsusi şərtləri (Particular Conditions), ödəniş, təminat və cərimə müddəalarını layihənin xüsusiyyətlərinə uyğunlaşdırmaq.
  • Müqavilə layihələrinin BOQ, spesifikasiya, qrafik və tender nəticələri ilə uyğunluğunu yoxlamaq.
  • Müqavilə şablonları kitabxanasını (standart formalar və əlavələr) aparmaq və yeniləmək.
  • Tender sənədlərinin müqavilə hissəsini hazırlamaq; tender dövründə müqavilə ilə bağlı sorğulara cavabların layihələrini hazırlamaq.
  • Təkliflərdə müqavilə şərtlərindən kənarlaşmaları və qeyd-şərtləri təhlil etmək, risk şərhləri ilə Head of Commercial-a təqdim etmək.
  • Danışıqlarda iştirak etmək və razılaşdırılmış şərtlərin müqavilə mətninə düzgün daxil edilməsini təmin etmək.
  • Müqavilə Reyestrini aparmaq: müqavilə dəyəri, VO-lar, mərhələlər, təminatlar, sığortalar və müddətlər.
  • Bildiriş müddətləri, təminatların bitmə tarixləri və müqavilə mərhələləri üzrə xəbərdarlıq təqvimini aparmaq.
  • Rəsmi müqavilə yazışmalarının (bildirişlər, göstərişlər, cavablar) layihələrini hazırlamaq.
  • Müqavilə Risk Reyestrinin yenilənməsini təmin etmək.
  • VO tələblərinin müqavilə əsasını yoxlamaq və VO paketlərini (əsaslandırma, dəyər və qrafik təsiri, dəstəkləyici sənədlər) hazırlamaq.
  • Variation Log-u aparmaq və VO-ların təsdiq statusunu izləmək.
  • Təsdiqlənmiş VO-ları Xərclərə Nəzarət Şöbəsinə və PMO-ya ötürmək.
  • Təsdiqlənməmiş işlər (unapproved works) barədə Head of Commercial-a erkən məlumat vermək.
  • IPC-lərin müqavilə şərtlərinə (VO-lar, avansın geri tutulması, retention, tutulmalar) uyğunluğunun yoxlanmasında iştirak etmək.
  • Final hesablaşma (final account) sənədlərini və müqavilənin bağlanması paketini hazırlamaq.
  • Contract Specialist-lər arasında layihə bölgüsünü aparmaq, onların işini yoxlamaq və keyfiyyətini təmin etmək.
  • Kommersiya prosedurlarının və şablonlarının hazırlanmasında və yenilənməsində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying), hüquq və ya əlaqəli sahə).
  • İnşaat sahəsində minimum 7 il, o cümlədən müqavilə idarəetməsində minimum 4 il təcrübə.
  • FIDIC müqavilə şərtləri üzrə praktiki bilik; müqavilə layihələrinin hazırlanması təcrübəsi.
  • VO prosesləri və müqavilə administrasiyası üzrə təcrübə; MS Office (Excel, Word) üzrə yüksək səviyyəli biliklər
  • MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
  • Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı səviyyədə;

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək Haqqı: 3000-4000 AZN net
  • İş yeri - Çıraq plaza

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Müqavilələr üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily6
  • Weekly543
  • Monthly1471