Avant Construction Avant Construction

Avant Construction

Tikinti , Bina tikintisi

Vergi üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vergi üzrə baş mütəxəssis

  • Deadline 30 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər, əmlak və torpaq vergiləri üzrə hesablamaları və bəyannamələri hazırlamaq.
  • Vergi öhdəliklərinin vaxtında və düzgün hesablanmasını həyata keçirmək.
    DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmasını həyata keçirmək.
  • Vergi və sosial sığorta öhdəlikləri üzrə vahid bəyannamələri hazırlamaq və vaxtında təqdim etmək.
    Dövlət qurumlarının sorğularını cavablandırmaq və yaranmış uyğunsuzluqları aradan qaldırmaq.
  • Tikinti-quraşdırma işləri, podrat və subpodrat müqavilələri üzrə vergi öhdəliklərini təhlil etmək.
  • Forma-2 aktları, görülmüş işlərin həcmi, avans ödənişləri və yekun hesablaşmaların vergi uçotunda düzgün əks etdirilməsini həyata keçirmək.
  • Yaşayış və kommersiya obyektlərinin satışından yaranan vergi öhdəliklərini müəyyənləşdirmək.
  • Müştərilərdən alınan avansların, hissəli ödənişlərin və satış əməliyyatlarının vergi uçotunda düzgün əks etdirilməsini həyata keçirmək
  • Satış müqavilələri, təhvil-təslim aktları və elektron qaimələrin vergi baxımından uyğunluğunu yoxlamaq.
  • Podratçı və təchizatçılardan daxil olan elektron qaimələrin düzgünlüyünü yoxlamaq.
  • ƏDV-nin əvəzləşdirilməsi, hesablanması və ödənilməsi proseslərini idarə etmək.
  • ƏDV depozit hesabı üzrə əməliyyatların düzgünlüyünü və üzləşməsini təmin etmək.
    Podrat və xidmət müqavilələrinin vergi nəticələrini qiymətləndirmək.
  • Qeyri-rezidentlərlə əməliyyatlar üzrə vergi öhdəliklərini müəyyənləşdirmək.
  • Vergi orqanlarından daxil olan sorğu və bildirişləri araşdırmaq və cavablandırmaq.
  • Vergi orqanları ilə üzləşmələri aparmaq, borc və artıq ödəmələri izləmək.
  • Vergi qanunvericiliyindəki dəyişikliklərin şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək.
  • Qanunvericilik çərçivəsində vergi yükünün optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
  • Vergi əməliyyatları üzrə daxili nəzarət prosedurlarının hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Mühasibatlıq, maliyyə və vergi  sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsinin olması;
  • Vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş yeri - Çıraq Plaza
  • Əmək haqqı müsahibə əsasında

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Vergi üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily5
  • Weekly538
  • Monthly2507