Beynəlxalq şirkət komandamıza Tibbi Nümayəndə vəzifəsi üzrə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsullarının həkimlərə, tibb müəssisələrinə və digər aidiyyəti mütəxəssislərə peşəkar şəkildə təqdim edilməsi;
- Məhsulların xüsusiyyətləri, üstünlükləri və istifadə sahələri barədə düzgün məlumatın çatdırılması;
- Mövcud və potensial müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması;
- Müəyyən edilmiş ərazi üzrə gündəlik ziyarətlərin və görüşlərin həyata keçirilməsi;
- Bazarın, rəqib məhsulların və satış dinamikasının izlənilməsi;
- Görülmüş işlər üzrə mütəmadi hesabatların hazırlanması;
- Şirkət tərəfindən təşkil olunan təlim, tədbir və təqdimatlarda iştirak.
Namizədə tələblər:
- Ali və ya orta tibbi təhsil;
- Tibbi nümayəndə və ya əczaçılıq sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst və düzgün nitq;
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- Aktiv, çevik və öyrənməyə açıq olmaq;
- MS Office proqramlarından istifadə bacarığı;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur.
Şirkət təklif edir:
- Beynəlxalq şirkətdə stabil və perspektivli iş imkanı;
- Rəqabətli əmək haqqı;
- Performansa əsaslanan bonus sistemi;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Korporativ və dinamik iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tibbi Nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər