Vəzifə öhdəlikləri:
- Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi ;
- Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- İri həcmli məlumatların toplanması və təhlilinin həyata keçirilməsi;
- Audit hesabatlarının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
- İş fayllarının və audit sübutlarının qorunub saxlanılmasının təmin edilməsi;
- Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi ;
Tələblər:
- Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
- Audit və ya əlaqəli sahələrdə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək üstünlükdür;
- 1C proqram təminatında işləmə bacarığı
- Microsoft Office proqramlarını (Excel, Word, Power Point) yüksək səviyyədə bilməli və digər xüsusi proqramlar üstünlükdür;
- Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Çıraq Plaza Tiblisi pr 49C
- Əmək haqqı: 1000-1500 AZN (net)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Audit üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.