Vəzifə öhdəlikləri:
- Audit planı əsasında audit prosesini təşkil və kordinasiya etmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Maliyyə əməliyyatlarının düzgünlüyü və səmərəliliyini qiymətləndirmək;
- Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üçün tədbirlər tövsiyə etmək;
- Mühasibat sənədləri və hesabatları təhlil etmək;
- Audit zamanı aşkar edilən problemləri araşdırıb, nəticələrini rəhbərliyə təqdim etmək;
- Uyğunsuzluqlar, maliyyə itkiləri və səmərəsizliklərlə bağlı hesabat hazırlamaq;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək.
Tələblər:
- Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
- Audit, daxili nəzarət, risklərin idarə edilməsi və ya analoji işlərdə minimum 1 il iş təcrübəsi;
- Yerli və beynəlxalq mühasibat uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
- ACCA, CIA kimi beynəlxalq sertifikatlara malik olmaq üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır;
- Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri- Çıraq Plaza
- Əmək haqqı: müsahibə əsasında
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “daxili audit üzrə mütəxəssis” yazaraq Müraciət Et butonunda yerləşən mail ünvanına göndərə bilərlər.