Vəzifə funksiyaları:
- Rəhbərin inzibati idarəetmə fəaliyyəti istiqamətində məktub,sorğu və digər sənədləri tərtib etmək
- Rəhbərin göstərişi ilə təyin olunan vaxta və yerdə iclasın keçirilməsini təmin etmək
- İşgüzar yazışmaların və danışıqların aparılması.
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsini təmin etmək
- Telefon zənglərinin cavablandırılması, məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara yönləndirilməsi
- İşçi və direktor arasında işlərin kurasiya edilməsi.
- Fayllar və sənədlərin effektiv təhvil verilməsini təmin etmək.
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali (İdarəetmə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə arzuolunandır).
- İş Təcrübəsi: Direktor köməkçisi, layihə koordinatoru və ya oxşar mövqelərdə minimum 2 illik təcrübə
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili , Rus dili, (İngilis dili arzuolunan)
- Komanda ilə işləmək bacarığı
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
İş Şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: 800 AZN net
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Direktor köməkçisi ” yazaraq mail ünvanına göndərə bilərlər.