Avant Group Avant Group
  • 475

ERP üzrə mütəxəssis (Kommersiya Departamenti)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ERP üzrə mütəxəssis (Kommersiya Departamenti)

  • Истекает 1 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • ERP sisteminin kommersiya moduluna dair istifadəçi tələblərinin toplanması və texniki tapşırıqların hazırlanması;
  • Büdcə planlaması, xərclərə nəzarət, “cost report” və “cash flow” funksiyalarının sistemə düzgün inteqrasiyasına nəzarət və uyğunluğun təmin edilməsi;
  • Test mühitində sınaqların təşkil edilməsi, nəticələrin təhlili və zəruri texniki və funksional düzəlişlərin təklif olunması;
  • Layihə, maliyyə və kommersiya komandaları ilə sıx əməkdaşlıq çərçivəsində ERP funksionallıqlarının koordinasiyası;
  • Canlı mühitə keçid mərhələsində məlumatların yoxlanılması, uyğunlaşdırılması və keyfiyyətinin təmin edilməsi;
  • İstifadəçi üçün nəzərdə tutulmuş təlimat və texniki sənədlərin hazırlanması və yenilənməsi;
  • ERP sistemində inteqrasiya olunmuş proseslərin fasiləsiz və səmərəli işləməsinin təmin edilməsi;
  • Mövcud və planlaşdırılan ERP sistemlərindən effektiv istifadə məqsədilə istifadəçilərə texniki və funksional dəstəyin göstərilməsi;
  • Sistem daxilində yaranan texniki nasazlıqların müəyyən olunması və İT departamenti ilə birgə operativ şəkildə aradan qaldırılması;
  • ERP sisteminin gələcək təkmilləşdirilməsi məqsədilə analitik hesabatların hazırlanması və inkişaf təkliflərinin verilməsi.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, mühəndislik və ya əlaqəli sahələr üzrə)
  • ERP sistemləri üzrə (xüsusilə Kommersiya modulu) minimum 3 il iş təcrübəsi
  • Büdcə və xərclərə nəzarət prinsipləri üzrə praktiki biliklər
  • Excel və ERP proqramlarında yüksək səviyyədə istifadə bacarığı
  • Analitik düşüncə və sistemli yanaşma qabiliyyəti
  • Yaxşı kommunikasiya və sənədləşdirmə bacarıqları
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dili arzuolunandır

Əmək şəraiti:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
  • Əmək haqqı müsahibə əsasında

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “ERP üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly619
  • Monthly737