Avant Group Avant Group

Avant Group

Tikinti

Geodiziya üzrə köməkçi mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Geodiziya üzrə köməkçi mühəndis

  • Deadline 11 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyaları:

  • Sahədə geodeziya mühəndisinə ölçmə işlərinin aparılmasında kömək etmək.
  • Cihazların (total station, GPS, nivelir) sahədə qurulması, yığılması və daşınması prosesində dəstək vermək.
  • Layihə üzrə verilmiş nöqtələrin, oxların və hündürlüklərin yerinin sahədə işarələnməsinə kömək etmək.
  • Ölçmələr zamanı tələb olunan avadanlıq və işarələrin hazırlanması.
  • Sahə şəraitində geodeziya xəritələrinin, ölçü məlumatlarının düzgün toplanmasına yardım etmək.
  • Geodeziya mühəndisinin tapşırığı ilə sadə topoqrafik ölçmələr aparmaq və ilkin məlumatları qeydə almaq.
  • Cihazların təmizliyi, qorunması və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək.
  • Ölçü məlumatlarının geodeziya mühəndisinə vaxtında və düzgün şəkildə təqdim olunması.
  • Sahədə aparılan işlərin koordinasiyasında mühəndis heyətinə kömək etmək.
  • Günlük işlər barədə qısa hesabatlar hazırlamaq və mühəndisə təqdim etmək.

Vəzifəyə olan tələblər: 

  • Təhsil: Orta ixtisas və ya Ali  (Geodeziya, inşaat və ya əlaqədar sahə).
  • Tikinti sahəsində iş təcrübəsi üstünlük hesab olunur.
  • AutoCAD bilikləri üstünlükdür.
  • Sahədə işləməyə fiziki və texniki hazırlıq.
  • Geodeziya cihazları ilə işləmə bacarığına sahib olmaq üstünlükdür (öyrədiləcək).
  • Dəqiqlik, məsuliyyət, öyrənməyə həvəs və komanda ilə işləmə bacarığı.

İş Şəraiti:

  • İş qrafiki: 6/1, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 800-1000AZN NET

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Geodiziya üzrə köməkçi muhendis” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily76
  • Weekly445
  • Monthly1013