Avant Group Avant Group
  • 116

Avant Group

Tikinti

Geodiziya üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Geodiziya üzrə mühəndis

  • Deadline 11 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyaları:

  • Layihə üzrə bütün geodeziya ölçmələrinin planlaşdırılması və sahədə icrasının təmin edilməsi.
  • Bünövrə, karkas, divarlar, fasad, mühəndis şəbəkələri və digər konstruktiv elementlərin yerinin dəqiq müəyyənləşdirilməsi və işçilərə təhvil verilməsi.
  • Sahədə aparılan işlərin layihə koordinatlarına, hündürlüklərə və oxlara tam uyğunluğunun yoxlanılması.
  • Günlük geodeziya layout-larının çıxarılması və sahə işçilərinə izahat verilməsi.
  • İcra zamanı yaranan uyğunsuzluqların dərhal aşkar edilərək mühəndis heyətinə və rəhbərliyə bildirilməsi.
  • Topoqrafik çəkilişlərin aparılması və lazım olan planların hazırlanması.
  • İşlər tamamlandıqca “As-built” icra xəritələrinin və planlarının hazırlanması.
  • Total station, GPS/GNSS, nivelir və digər cihazların sazlığının, kalibrovkasının və düzgün istifadəsinin təmin edilməsi.
  • Layihə mühəndisləri, icraçı ustalar və sahə nəzarəti ilə koordinasiyalı şəkildə işləyərək bütün ölçülərin düzgünlüyünün təmin edilməsi.
  • Cihazlardan əldə olunan məlumatların düzgün emalı və AutoCAD, Civil 3D və digər proqramlarda rəsmə salınması.

Vəzifəyə olan tələblər: 

  • Təhsil: Ali  (Geodeziya mühəndisliyi və ya əlaqədar sahə ).
  • İş Təcrübəsi: Tikinti sahəsində geodeziya üzrə minimum 2-3 illik təcrübə
  • Geodeziya mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil.
  • Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə olunması.
  • AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı (Civil 3D, NetCAD üstünlükdür).
  • Dəqiqlik, məsuliyyət, analitik düşünmə qabiliyyəti.
  • Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə bacarığı.

İş Şəraiti:

  • İş qrafiki: 6/1, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 1500-2000AZN NET

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Geodiziya muhendisi” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily102
  • Weekly471
  • Monthly1039