Vəzifə öhdəlikləri:
- İşçinin işə qəbulu, işdən çıxarılması, vəzifə və əmək haqqı dəyişikliyi, intizam tənbehləri və digər əmrlərin rəsmiləşdirilməsi; məlumatların Infor ERP sisteminə işlənməsi və Excel məlumat bazasına əlavə olunması.
- İşçilərin işə davamiyyəti, məzuniyyətlər (əmək, sosial, təhsil, öz hesabına) və ezamiyyətlərin uçotu və rəsmiləşdirilməsi; nəticələrin Infor ERP sistemində əks etdirilməsi.
- Baş ofis əməkdaşlarının davamiyyətinin yoxlanılması, aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və müntəzəm yenilənməsi; bütün dəyişikliklərin həm Infor ERP sistemində, həm də Excel məlumat bazasında işlənməsi.
- Əmək kitabçaları üzrə qeydiyyatların aparılması; məlumatların həm Infor ERP sisteminə, həm də Excel məlumat bazasına daxil edilməsi.
- İcbari həyat sığortası üzrə sənədləşmənin aparılması.
- İcbari tibbi sığorta ilə bağlı məlumatların İSB portalına daxil edilməsi.
- ƏMAS portalı ilə bağlı əməliyyatların vaxtında icra olunması.
- Statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
- Tələblərə uyğun olaraq hesabatların hazırlanması və məlumatların təhlili.
- İşçilərin İR ilə bağlı sorğularının cavablandırılması.
- İş yerindən arayışların hazırlanması və təqdim olunması.
Tələblər:
- İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən az olmayaraq;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə biliklər.
- ƏMAS, e-gov.az, İSB və digər dövlət portalları ilə işləmə bacarığı.
- Əmək haqqı hesablanması və hesabatların hazırlanması üzrə biliklər.
- MS Office proqramlarında və ERP/Infor Sola proqramında işləmə bacarığı.
- Analitik düşüncə, məsuliyyət və dəqiqlik.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30 ;
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 1000-1200 AZN ( net)
- İş yeri-Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İR əməliyyatları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.