Avant Group Avant Group
  • 601

Avant Group

Tikinti

İR əməliyyatları üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İR əməliyyatları üzrə mütəxəssis

  • Deadline 25 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İşçinin işə qəbulu, işdən çıxarılması, vəzifə və əmək haqqı dəyişikliyi, intizam tənbehləri və digər əmrlərin rəsmiləşdirilməsi; məlumatların Infor ERP sisteminə işlənməsi və Excel məlumat bazasına əlavə olunması.
  • İşçilərin işə davamiyyəti, məzuniyyətlər (əmək, sosial, təhsil, öz hesabına) və ezamiyyətlərin uçotu və rəsmiləşdirilməsi; nəticələrin Infor ERP sistemində əks etdirilməsi.
  • Baş ofis əməkdaşlarının davamiyyətinin yoxlanılması, aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və müntəzəm yenilənməsi; bütün dəyişikliklərin həm Infor ERP sistemində, həm də Excel məlumat bazasında işlənməsi.
  • Əmək kitabçaları üzrə qeydiyyatların aparılması; məlumatların həm Infor ERP sisteminə, həm də Excel məlumat bazasına daxil edilməsi.
  • İcbari həyat sığortası üzrə sənədləşmənin aparılması.
  • İcbari tibbi sığorta ilə bağlı məlumatların İSB portalına daxil edilməsi.
  • ƏMAS portalı ilə bağlı əməliyyatların vaxtında icra olunması.
  • Statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Tələblərə uyğun olaraq hesabatların hazırlanması və məlumatların təhlili.
  • İşçilərin İR ilə bağlı sorğularının cavablandırılması.
  • İş yerindən arayışların hazırlanması və təqdim olunması.

Tələblər:

  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən az olmayaraq;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə biliklər.
  • ƏMAS, e-gov.az, İSB və digər dövlət portalları ilə işləmə bacarığı.
  • Əmək haqqı hesablanması və hesabatların hazırlanması üzrə biliklər.
  • MS Office proqramlarında və ERP/Infor Sola proqramında işləmə bacarığı.
  • Analitik düşüncə, məsuliyyət və dəqiqlik.

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30 ;
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək Haqqı: 1000-1200 AZN ( net)
  • İş yeri-Çıraq plaza

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “İR əməliyyatları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.

  • Daily29
  • Weekly404
  • Monthly2238