Vəzifə öhdəlikləri:
- Layihənin elektrik bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
- Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
- Layihə şirkətlərindən təhvil alınan elektrik layihələrinin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və birbaşa rəhbərinə bildirmək;
- Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
- Tikinti sahəsində elektrik işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
- Elektrik avadanlıqlarının və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
- Elektrik sistemlərinin quraşdırılması və onların testini idarə etmək;
- Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
- Elektrik işləri üzrə iş metodunu, İTP; MAR hesabatı və s. KN sənədlərini hazırlamaq, digər şirkətlər tərəfindən təqdim olunmuş KN sənədlərinin yoxlanılması, uyğunsuzluqların aşkar olunması və KN menecerinə aşkar olunmuş uyğunsuzluqlar barədə məlumat vermək və həlli barədə təkliflər irəli sürmək;
- KN menecerinin tapşırıqlarını icra etmək və hesabat vermək;
- Elektrik işləri üzrə texniki hesabatları yerinə yetirmək.
Vəzifəyə olan tələblər:
- Müvafiq ali təhsil (mühəndislik, tikinti və ya əlaqəli sahə üzrə);
- Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə ən azı 3 il iş təcrübəsi;
- Tikinti sektorunda beynəlxalq standartları haqqında bilik;
- Müəssisənin keyfiyyət menecmenti sistemi İSO standart tələbləri;
- MS Office və AutoCad əla səviyyədə bilməli;
Əmək şəraiti:
- İş qrafiki: 5 gün İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
- İş saatları: 09:30 – 18:30
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.