Şirkətimiz tərəfindən həyata keçirilən Planlama üzrə Təcrübə Proqramı inşaat sektorunda peşəkar karyera qurmaq istəyən gənc mütəxəssislərin layihə planlama və idarəetmə sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.
Təcrübə proqramı real tikinti layihələri əsasında təşkil olunur və iştirakçılar təcrübə müddətində sahə və ofis mühitində layihələrin planlama, icra nəzarəti və hesabat proseslərində yaxından iştirak edəcəklər.
Vəzifə funksiyaları:
- Layihə planlama komandası ilə birgə real tikinti layihələrində iştirak
- Sahə işlərinin gedişinin planla müqayisəli təhlili
- Vaxt, resurs və icra göstəricilərinin izlənməsi
- Excel proqramı vasitəsilə hesabat və analizlərin hazırlanması
- Layihə planlama və idarəçiliyinin əsas prinsiplərinin öyrədilməsi
- Primavera P6 proqramının təcrübə müddətində öyrədilməsi
Vəzifəyə olan tələblər:
- Tikinti sahəsində işləməyə maraqlı və uyğun olmaq
- Yaxşı səviyyədə Excel biliyinə malik olmaq
- Layihə planlama və idarəçiliyinə maraq
- Universitetlərin müvafiq ixtisasları üzrə 4-cü kurs bakalavr və 1/2-ci kurs magistr tələbələri
Təcrübə Proqramı Haqqında Ətraflı Məlumat:
- Müddət: 3 ay (uğurlu namizədlər üçün iş təklifi ilə nəticələnə bilər)
- Təcrübə Müddəti: Tam gün iş qrafiki (tələbələrə dərsdən sonra və ya əvvəl gəlmələrinə şərait yaradılacaq)
- Ünvan: Baş Ofis, Çıraq Plaza 49 C
- Sahə Ofisi Ünvanı: Abbas Mirzə Şərifzadə 241
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən linkə daxil olub müraciət edə bilər.